Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1297/2022 26.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh yaxın ətrafında olan insanlar vasitəsi ilə tanımışdır. Belə ki, 2021-ci ilin sentyabr ayında özünü Cavabdeh kimi təqdim edən şəxs tanışlarının vasitəsilə yaşadığı evə gələrək uşağının xəstə olduğunu əsas gətirərək ondan borc pul istəmiş, o da, pulunu əziyyətlə qazandığını bildirmiş, lakin Cavabdeh israrla uşağının xəstə olduğunu və borcunu 1 ay müddətində ödəyə biləcəyini bildirdiyi üçün onun cavabdehə yazığı gəlmiş və ona inanaraq 3500 manat məbləğində pul vermişdir. Cavabdeh isə öz növbəsində əgər pulunu 1 ay müddətində ödəməzsə, “Oba” marketdə işlədiyini bildirərək əmək haqqı kartını ona vermiş və borcunu ödəmədiyi təqdirdə hər ay həmin kartdan 500-600 manat məbləğində pul çıxara biləcəyini bildirmiş, lakin bundan sonra cavabdehin dediyinə görə işdən çıxmış və o, kartdan istifadə etməmişdir. Daha sonra cavabdeh iki dəfə 250 manat olmaqla, cəmi 500 manat məbləğində pulu qaytarmışdır. Cavabdehdən 3000 manat məbləğində pulunu isə bu günə kimi ala bilməmişdir. Bununla bağlı 03 fevral 2022-ci il tarixdə pulunu istəmək üçün cavabdehin yaşadığı ünvana getmiş və həmin ünvanda cavabdehin atası olduğunu bildirən şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. O, pulunun alınması və ona qarşı olan təhqirlərlə bağlı Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, Quba rayon PŞ-nin təhqiqatçısı Sənan Həsənov tərəfindən 14 fevral 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək pul tələbinə dair mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Onun iddiaçıya 3500 manat məbləğində borc verməyi şahid ifadələri də təsdiq olunur. Son günlərə kimi cavabdehin ona olan borcunu qaytaracağına ümid etmişdir. Cavabdeh ona olan borcunu qaytarmaq istəmir, bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək və borcunu etiraf edərək, iddiaçıya 3000 manat məbləğində pul borclu olduğunu qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Quba rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 14.02.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı mülki iddia qaydasında, atası İsayev Qəzənfər tərəfindən təhqir olunması ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul edərək, iddiaçıya 3000 manat məbləğində pul borclu olmasını etiraf etmişdir. Həmin borcu 2022-ci ilin avqust ayının sonuna qədər iddiaçıya qaytaracağına dair söz vermişdir. İşin mübahisəsiz halı onda ibarətdir ki, iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmiş, məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etməsi ilə iddia tələbinin əsaslı olması sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 3000 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçınun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1297/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1297/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver