Məhkəmə qərarları › İş №2(027)-1301/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1301/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1301/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlu ilə bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0290678A209 saylı kredit müqaviləsinə əsasən 2606.70 manat əsas, 419.29 manat faiz borcu ümumilikdə isə 3025.99 manat məbləğində pulun və xx.xx.2019-cu il tarixli BRED0290682A209 saylı kredit xətti müqaviləsinə əsasən 166.75 əsas borc, 45.16 faiz borcu, cəmi 211.91 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdırki ki, İddiaçı” ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0290678A209 saylı kredit müqaviləsinə əsasən borc alan Cavabdeh oğluna 24 ay müddətinə, illik 25.2% olmaqla 2700 manat məbləğində kredit verilmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BRED0290682A209 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 % dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsədə, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş, banka olan borcunu tam qaytarmamışıdı. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, bütün məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR0290678A209 saylı kredit müqaviləsinə əsasən borc alan Cavabdeh oğluna 24 ay müddətinə, illik 25.2% olmaqla 2700 manat məbləğində kredit verilmişdir.Həmçinin “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BRED0290682A209 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 % dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında xx.xx.2019-cu il tarixli, GTKR0290678A209 saylı kredit müqaviləsinə əsasən əsas borc kimi 2606.70 manat, faiz borcu kimi 419.29 manat olmaqla, cəmi 3025.99 məbləğində borcu xx.xx.2019-cu il tarixli BRED0290682A209 saylı kredit xətti müqaviləsinə əsasən əsas borc kimi 166.75, faiz borcu kimi 45.16, cəmi 211.91 manat məbləğində borcu yaranmışdı. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, GTKR0290678A209 saylı kredit müqaviləsinə əsasən 2606.70 manat əsas, 419.29 manat faiz borcu ümumilikdə 3025.99 manat məbləğində pulun və xx.xx.2019-cu il tarixli BRED0290682A209 saylı kredit xətti müqaviləsinə əsasən 166.75 əsas borc, 45.16 faiz borcu, ümumilikdə 211.91 manat məbləğində borcun iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehİddiaçı-nin xeyrinə xx.xx.2019-cu il tarixli, GTKR0290678A209 saylı kredit müqaviləsinə əsasən əsas borc kimi 2606.70 manat və faiz borcu kimi 419.29 manat olmaqla, cəmi 3025.99 məbləğində borcu, xx.xx.2019-cu il tarixli BRED0290682A209 saylı kredit xətti müqaviləsinə əsas borc kimi 166.75, faiz borcu kimi 45.16, cəmi 211.91 manat məbləğində borc, ümumilikdə 3237.90 manat məbləğində borc habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar