Məhkəmə qərarları › İş №2(027)-1301/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1301/2022

26.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1301/2022 26.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 Zübail oğlunun və Cavabdeh1 Zübail oğlunun və onların vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 Zübail oğlu və Cavabdeh1 Zübail oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 Zübail oğlundan və Cavabdeh1 Zübail oğlundan ona məxsus 0,24 ha torpaq sahəsindən məhrum olmağı nəticəsində ona dəymiş 1000 (bir min) manat məbləğində maddi zərərin və 30 manat məhkəmə rüsumunun əvəzinin, müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2018-ci ildə yaşadığı Quba rayonu, Ağbil kəndi ərazisindən Ağbil Bələdiyyəsinin qərarına əsasən, alqı-satqı müqaviləsi ilə 0,16 ha, Ağbil kənd sakini X3 alqı-satqı müqaviləsinə əsasən 0,08 ha torpaq sahəsi almışdır. Torpaq sahələri qonşu sərhədlərdə yerləşir və ümumlikdə 0,24 ha sahəni əhatə edir. Torpaq sahələrini aldığı vaxtdan cavabdehlər Cavabdeh2 Zübail oğlu və Cavabdeh1 Zübail oğlu özbaşına tutaraq yerin ətrafına dəmir tordan hasar çəkmiş, orada ağaclar əkərək istifadə ediblər. Dəfələrlə onlara ona məxsus torpaq sahələrindən çıxmalarını xahiş və tələb etsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmış və nəticədə torpaq sahəsini zəbt etdiklərinə görə onlar barəsində Azərbaycan Respublikasın Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə 22560002 saylı cinayət işi başlanmışdır. İstintaq zamanı cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etmələri özlərinin etirafedici ifadələri, şahid ifadələri, və s. sənədlərlə sübuta yetirilmişdir. Nəticədə səhvlərini başa düşən və cəzadan azad olmaq istəyən məcbur qalaraq cavabdehlər torpaq sahəsinin ətrafına çəkdikləri hasarı söküblər, əkdikləri ağacları kəsiblər və torpaq sahəsini ona təhvil veriblər. Quba RPŞ-nin İB-nin müstəntiqinin 04 mart 2022-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarla aministiya aktı tətbiq edilməklə cinayət işinin icraatına bəraət verməyən əsaslarla xitam verilmişdir. Beləliklə cavabdehlər 4 ilə yaxın bir müddət ərzində onu öz torpaq sahəsindən istifadə etməkdən məhrum ediblər. Bunun nəticəsində ona minimum məbləğdə hesablanmaqla, 1000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehlər ona dəymiş zərərin əvəzini ödəmək istəmirlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 Zübail oğlu və Cavabdeh1 Zübail oğlu iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu göstərərək, iddianın rədd olunmasını xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh2 Zübail oğlunun və Cavabdeh1 Zübail oğlunun nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, hər iki cavabdeh 0,24 ha ümumi sahəsi olan torpaq sahəsini özünkü bilərək istifadə ediblər. Həmin torpaq sahələri üçün onlar hərəsi hələ 2018-ci ildə Ağbil bələdiyyəsinin sədri X4 10000 AZN verərək götürüblər. Sözügedən torpaq sahələri baxımsız, çökəklik və zibilliyə çevrilmiş ərazi olmaqla, cavabdehlərin ata evlərinin (hal-hazırda evdə Cavabdeh1 ailəsiylə bərabər yaşayır) qarşısında yerləşir. Bələddiyyə sədri X5 torpaq sahəsini cavabdehlərə almağı təklif edib. Yeri gəlmişkən bildirirəm ki, X5 iddiaçının dost-doğma qardaşıdır. İddiaçının özü isə Cavabdeh1 qonşusudur və evləri yan-yanadır. Cavabdehlər öz qonşuları, kəndliləri və eyni zamanda bələdiyyə sədri olan X4 inanıblar, ona pul veriblər və əvəzində heç bir sənəd almayıblar. Tağıyev Ş. H. onlara sənədlərlə bağlı hər dəfə deyib ki, sənədlər ondadır və narahatlıq üçün heç bir səbəb yoxdur. Cavabdehlər həmin sahədə gilas və fındıq bağı salıblar. Torpaq sahəsinin abadlığı üçün 5000 AZN-dən çox pul xərcləyiblər. Bu haldan nəyinki iddiaçının, bütün kənd sakinlərinin xəbəri olub. Bir müddət əvvəl, keçən ilin dekabr aylarından başlayaraq, bələdiyyə sədri və onun iddiaçı qardaşı cavabdehlərdən təkidlə tələb etməyə başlayıb ki, onlar bağa artıq girməli deyillər və onların buna heç bir hüququ yoxdur. Əsas kimi göstərilib ki, torpaq sahəsi hərracda başqa adama satılıb və həmin şəxs öz mülkiyyət hüququnu torpaq üzərində rəsmiləşdirib. Daha sonra cavabdehlərə məlum olub ki, torpağa göz qoyan Ağbil bələdiyyəsinin sədri X1 dostdoğma qardaşı olan İddiaçıdur. Bu məsələdə onlara yardım edən qismində Ağbil kənd sakini X7 çıxış edib. Belə ki, torpaq sahəsi hərracda satılarkən alıcı qismində Eyyubov E.N çıxış edib və sonradan guya torpağı İddiaçı 5500 AZN satıb. Ağbil kənd bələdiyyəsinin sədri X5 cavabdehləri aldadıb və etibarlarıdan, öz səlahiyyətlərini istifadə edərək, suiistifadə edib və nəticədə xeyli miqdarda maddi zərər vurub və bu azmış kimi, hal-hazırda, onlara, ailə üzvlərinə şər və böhtan atmaqla hədələyir. Əlavə olaraq, Ş.H.Tağıyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dolayı yollarla özü, ailə üzvləri və qardaşı üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edib və bununla öz səlahiyyətlərinin hüdudlarından kənara çıxan hərəkətlər etməklə, cavabdehlərə zərər vurub. İddia ərizəsində iddiaçı yazır ki, 4 il ərzində ona zərər vurulub. Lakin, o, mülkiyyət hüququnun nə zaman yarandığı barədə ərizədə qeyd aparmır və sübut kimi sənəd əlavə etmir. Cavabdehlərin hərracın keçirilməsi və torpağın satılması barədə xəbərləri olmayıb, onları heç kim bu barədə məlumatlandırmayıb. Cavabdehlər torpaq sahəsini özünkü biliblər, ona yatırım ediblər və abad vəziyyətə gətiriblər. Əlavə olaraq, iddiaçı zərərdən bəhs edir, lakin, zərərin nədən ibarət olması barədə məlumat vermir. Son 4 il ərzində iddiaçı əgər torpaq sahəsinin mülkiyyətçisi, istifadəçisi və s. kimi hüquqlu şəxs olubsa, nədən o zaman cavabdehlərə bağ işləri aparılarkən “Qonşu, Allah qüvvət versin” ifadəsini deyib və bununla bağlı heç bir tədbir görməyib? İddiaçı Mülki Məcəllənin 21.2-ci maddəsinə istinad edir, lakin yenə də göstərmir ki, onun zərəri nədən ibarətdir. Burda zərərdən çox özünün əsassız varlanmasını gərək qeyd edərdi. Əgər torpaq sahəsinin onun olduğunu bilibsə və cavabdehlərə onu abadlaşdırmağa imkan veribsə, deməli onun əsassız varlanma niyyəti olub. Torpaq sahəsinin yer quruluşunu nəzərə alsaq, yerləşdiyi yerdə nə ev tikmək, nə də iqtisadi fəaliyyət aparmaq olar. Yeganə olaraq, sözügedən torpaq sahəsində meyvə ağaclarını əkərək, meyvəsindən faydalanmaq olardı, lakin, ağacların körpə olması buna da imkan vermir. İş materillarına əlavə edilmiş 04 mart 2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə-Cavabdeh1 amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduğu nəzərə alınaraq cinayət məsuliyyətindən azad olunsun, cinayət işinin icraatına bəraət verməyən əsaslarla xitam verilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında “İltizam” qətimkan tədbiri üzərindən götürülmüş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 188.1- ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə - Cavabdeh2 amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməli olduğu nəzərə alınaraq cinayət məsuliyyətindən azad olunsun, cinayət işinin icraatına bəraət verməyən əsaslarla xitam verilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında “İltizam” qətimkan tədbiri üzərindən götürülmüş, İddiaçı zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, İddiaçı dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada aidiyyatı üzrə Quba rayon məhkəməsinə müraciət olunması izah olunmuşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********00 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Ağbil kəndində yerləşən, 0,08 ha torpaq sahəsi tam İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 253 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********54 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Ağbil kəndində yerləşən, 0,08 ha torpaq sahəsi tam İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 253 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci tarixli Çıxarışdan görünür ki, Quba rayonu Ağbil kəndində yerləşən, 0,08 ha torpaq sahəsi tam X2 adına daşınmaz əmlakın dövlət reyestrində 253 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X12 İnkişaf Mərkəzinin İddiaçı ünvanladığı məktubundan görünür ki, Quba rayonu Ağbil kəndində ona məxsus 0.24 ha həyətyanı torpaq sahəsinin zəbt olunması, istifadə edə bilməməsi səbəbindən dəymiş ziyani aydınlaşdırmaq məqsədi ilə etdiyi müraciətə uyğun olaraq bildirilir ki, həyətyanı torpaq sahələrinin uqodiyası (məqsədli istifadəsi) kənd təsərrüfatı məhsulları istehsalı məqsədi daşımadığını nəzərə alaraq DAİM-nə aidiyyəti olmadığı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyi məsləhət bilinir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsas əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPMP-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nipn 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təqdim edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdehlər tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehlərin təqsirli olması və cavabdehləriin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Lakin İddiaçı cavabdehlər Cavabdeh2 Zübail oğlu və Cavabdeh1 Zübail oğlu tərəfindən ona maddi ziyan vurulmasını göstərərək, cavabdehlərdən 1000 manat maddi ziyan tələb etsə də, cavabdehlərin tələb olunan həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı, qanunla sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, öz iddia tələbinin hüquqi əsasını heç bir mötəbər sübutla sübut etməmişdir. Yuxarıda göstərilənlər iddianın əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanldırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 Zübail oğlu və Cavabdeh1 Zübail oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar