Məhkəmə qərarları › İş №2(027)-1304/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1304/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1304/2023 11.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi kimi vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(027)-362/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artıralaraq, birgə nikahdan doğulmuş 27 avqust 2013-cü il təvəllüdlü X4 və 25 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı ödədiyi 50 (əlli) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 26 iyul 2012-ci il tarixdə rəsmi nikahı qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 27 avqust 2013-eü il təvəllüdlü X4 və 25 noyabr 2015ei il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə münasibətləri ilk vaxtlar yaxşı olsa da, lakin sonradan pisləşmişdir. Cavabdeh ilə münasibətləri uyğun gəlmədiyi, artıq birlikdə yaşamaq mümkün olmadığı üçün o cavabdehə qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(027)-362/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikahdan doğulmuş 27 avqust 2013-cü il təvəllüdlü X4 və 25 noyabr 2015-ci il təvəllüdlü X5 onun yanında saxlanılması, 27 avqust 2013-cü il təvəllüdlü X4 və 25 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh 20 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Uşaqlar məktəblidir. Onların ehtiyacları günü-gündən artır. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqların qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. O ilkin olaraq məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün alimentin artırılması tələbinə dair mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilə aralarında heç bir razılığa gəlinmədiyi üçün ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 01 may 2023-cü il tarixli arayış və mediasiya prosesinə xitam verilməsi barədə 01 may 2023-cü il tarixli prtokol verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi kimi vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, iddiaçı heç bir yerdə işləmir, iki uşağa baxmaq ona çətinlik yaradır. Cavabdeh isə rəsmi işləməsə də, fərdi qaydada fəaliyyət göstərir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, hər uşağa görə 20 manat əlavə aliment ödəməyə imkanı çatır, belə ki, yenidən nikaha daxil olmuş və həmin nikahdan da bir övladı var. Habelə iddiaçı təqaüd alır və hesab edir ki, hər uşağa 140 manat aliment məbləği uşaqların saxlanılmaları üçün kifayət edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(027)-362/2020 saylı qətnaməsindən göründüyü kimi, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 27 avqust 2013-cü il təvəllüdlü X4 və 25 noyabr 2015-ci il təvəllüdlü X5 onun yanında saxlanılması, 27 avqust 2013-cü il təvəllüdlü X4 və 25 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh 20 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 388753 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində bağlanmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 129 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-T 137536 seriya və nömrəli “Doğum haqqında Şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X4 anadan olmuş, ata qrafasında- Cavabdeh, anası qrafasında- X7 qeyd edilmişdir. İş materiallarında olan AZ-T 134537 seriya və nömrəli “Doğum haqqında Şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X6 anadan olmuş, ata qrafasında- Cavabdeh, anası qrafasında- X7 qeyd edilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 01 may 2023-cü il tarixli arayış və mediasiya prosesinə xitam verilməsi barədə 01 may 2023-cü il tarixli prtokola əsasən, alimentin artırılması ilə bağlı Məmmədov Cavabdeh Könül Rasim qızı ilə heç bir razılığa gəlinməmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağların gündəlik tələbatının artmasını əsas götürərək, aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 220 manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat Cavabdeh tutularaq ona vetilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 220 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki vaxtda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə, uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə175 manat məbləği həddində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ilə həmçinin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 33.20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(027)-362/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. 27 avqust 2013-cü il təvəllüdlü X2 və 25 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimen tutularaq Məmmədova (Əliyeva) Könül Rasim qızının xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 33 (otuz üç) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar