Məhkəmə qərarları › İş №2(027)-1305/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1305/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1305/2021 12.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh 3100 (üç min yüz) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, qonşusu Elxan Cavabdehı ona görə tanıyır, ona inandığına və etibarına görə Aslana mal-qarasını satıb, lakin Aslan vəd etdiyi müddətə pulu onlara verməyib. Elxan dəfələrlə Aslandan pulunu istəməyinə baxmayaraq, Aslan pulu verməyib, hələ əsəbləşərək ona borcu olmadığını və o pulu ona verməyəcəyini deyib. Qonşusu Elxan da həmin pulla bağlı məhkəməyə müraciət edib, cavbdeh qismində pulu ondan tələb edib. Məhkəmə 3000 (üç min) manat məbləğidə pul və 30 (otuz) manat dövlət rüsumunun ondan alınıb X6 verilməsi barədə qətnamə çıxarıb. Göründüyü kimi o pul onun boynunda borc olaraq qalıb, ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar mal-qara saxlamaq və kənd ləsəsərrüfatı ilə məşğul olmaqla ailəsini dolandırırlar. Quba rayonu, Qaraçay kənd sakini X5 uzun müddətdir ki, kəndin camaatından mal-qara alaraq satmaqla məşğuldur. 01.01.2020-ci il tarixdə qonşusu və həmkəndlisi X2 və ondan 5 baş iribuynuzlu heyvan alaraq aparmışdır. Onunla həmin heyavanlara görə 3500 manata razılaşıblar. A.Əmirəliyev onlara bildirib ki, qısa bir müddətdə 18.01,2020-ci il tarixə oların pulunu çatdıracağ. Cavabdeh heyvanları 40 RP-984 dövlət qeydiyyat nişanlı «Qazel» markalı maşınla aparmışdır. Ona dəfələrlə zəng edib pulun çatdırılması barədə xəbərdarlıq etsə də, o, bir müddətdən sonra ona 400 manat pul qaytarıb. Hal-hazırda ona və qonşusu X6 3100 manat pul borcludur. O, qonşusuna bildirib ki, X1 şəxsən tanıyır. Lakin Aslan onun etibarından sui istifadə etmişdir. Faktiki bu, dələduzluq əməlidir. Göstərilənləri nəzərə alaraq, oğlu Cavabdeh 3100 (üç min yüz) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(027)- 1305/2021saylı qətnaməsindən məlum olur ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 3000 (üç min) manat məbləğidə pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq X7 verilməsi qət edilmişdir. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Quba rayon PŞnin TB-nin 10.05.2021-ci il tarixli qərarından məlum olur ki, məhkəmə qətnaməsində cavabdehin Quba RPŞ-nə verdiyi izahat da açıqlanaraq iddiaçıya 3400 manat məbləğində pul borclu olduğunu etiraf etməsi göstərilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı ona görə heyvanları nisyə satmışdır. Quba RPŞ-dən daxil olmuş material ilə, şahidin izahatı və cavabdehin Quba RPŞ-də araşdırma aparılan zaman verdiyi izahatı ilə cavabdehin iribuynuzlu heyvanları nisyə alması nəticəsində iddiaçıya 3400 manat məbləğində pul borclu olması sübuta yetirilmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında verdiyi izahatı ilə 3400 manat borcundan 400 manat məbləğində pul ödənildiyini qeyd etmişdir. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu Zərqava kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(027)-1305/2021 saylı qətnaməsinə və “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Quba rayon PŞ-nin TBnin 10.05.2021-ci il tarixli qərarına əsasən müəyyən edildi ki, Cavabdeh İddiaçı və qonşusundan heyvan (mal-qara) alıb və onların əvəzi olaraq onlara 3500-3400 manat pul verməyi vəd etsə də həmin puldan iddiaçıya cəmi 400 manat pul verib. İddiaçı qalan pulun cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh isə məhkəmə iclaslarına dəvət edilsə də, o heç bir məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə lazımi sübut və dəlil təqdim etməmişdir, etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar