Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1309/2020 03.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əasən 515,05 manat əsas borc, xx xxxxxx 2019-cu il tarixə qədər hesablanmış 0 manat faiz borcu və 51,51 manat cərimə borcu olmaqla, cəmi 566,56 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı BOKT «X2» MMC-nin Şabran filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx xxxxxx 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 faiz dərəcəsini tətbiq etməklə 2391,05 manat məbləğində kredit verilmişdir. BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri İddiaçı-yə satılmışdır. Kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etmişdir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir fayda verməmişdir və İddiaçı öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2020-ci il tarixli arayışa əsasən İddiaçı-yə olan borcunun məbləği əsas məbləğ üzrə 515,05 manat, faiz üzrə 0 manat, cərimə üzrə 51,51 manat olmaqla, cəmi 566,56 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdehlər iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişlər. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 ilə iddiaçı BOKT «X2» MMCnin Şabran filialı arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx xxxxxx 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 faiz dərəcəsini tətbiq etməklə 2391,05 manat məbləğində kredit verilmişdir. BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri İddiaçı-yə satılmışdır. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə görə Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2020-ci il tarixli arayışa əsasən İddiaçı-yə olan borcunun məbləği əsas məbləğ üzrə 515,05 manat, faiz üzrə 0 manat, cərimə üzrə 51,51 manat olmaqla, cəmi 566,56 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, BOKT «X2» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD/16307/00134 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT «X2» MMC-dən illik 0 faizlə 36 ay müddətinə 2391,05 manat kredit götürmüşdür. Ərizəyə əlavə olunmuş BOKT «X2» MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD/16307/00134 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 LD/16307/00134 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminat olaraq kredit müqaviləsinin tərəfi olmuşdur. Ərizəyə əlavə olunmuş iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildirişə əsasən Cavabdeh1BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqlarının və tələblərinin İddiaçı-yə satılması barədə məlumatlandırılmışdır. Ərizəyə əlavə olunmuş iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixində bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 515,05 manat əsas, 0 manat faiz və 51,51 manat cərimə borcu olmaqla, cəmi 566,56 manat borcu qalmışdır. Cavabdeh tərəflər iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların İddiaçı qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, cavabdehlər Cavabdeh1 Cavabdeh2 üzərilərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən 566,56 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPMin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Qərara aldım: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 515,05 manat əsas borc, 0 manat faiz borcu və 51,51 manat cərimə borcu olmaqla, cəmi 566,56 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1309/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1309/2020
03.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver