Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1310/2024 05.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 2((027)-2146/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay hər uşağa 200 manat olmaqla, iki uşaq üçün 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaqların anaları o, İddiaçı himayəsinə verilmələri, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay 75 manat, xx.xx.2015-ci il təvəllüdlü X6 münasibətdə isə alimentin hazırki qətnamə üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 75 manat olmaqla, ümumilikdə cəmi 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək xx.xx.2015-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi hissəsində dəyişdirilərək həmin uşağın onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-l 070/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - R.Ş.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3902/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1070/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Quba Rayon Məhkəməsinin 2(027)-2146/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat, xx.xx.2015-ci il təvəllüdlü X6 münasibətdə isə aliment Quba Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsi üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş hər bir uşağa 140 manat sabit pul məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Qeydiyyatı Quba rayonu 1-ci Nügədi kəndi olsa da, qızı Elna Quba şəhəri 3 saylı orta məktəbdə təhsil aldığından və o, Quba şəhərində yerləşən dükanda satıcı işlədiyindən aldığı əmək haqqı ilə Quba şəhərində kirayə ev tutaraq yaşayır. Hər ay aldığım 300 manat əmək haqqından 250 manat kirayə haqqı ödəyirə. Cavabdeh Quba rayonu Təhsil Şöbəsində işləyir, yüksək əmək haqqı alır. Bundan başqa Cavabdeh Quba rayonu, Əlİməmmədoba kəndində gilas və alma bağları vardır. Hər il gilas və alma məhsulunu sataraq yüksək gəlir əldə edir. Maddi vəziyyəti olduqca yaxşıdır. Lakin ata kimi uşaqlar qarşısında öz öhdəliklərini yerinə yetirmir, uşağın saxlanılmasında iştirak etmir, təhsili, maddi və mənəvi ehtiyacları, ümumiyyətlə dolanışığı İlə maraqlanmır. Qızının bütün ehtiyaclarını (məktəb, yemək və geyim) xərclərini Özü tək ödəyir. Bütün bunlara onun əmək haqqım kifayət etmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, işdən çıxarılmışdır. Hər uşağa 200 manat alimenti ödəməyə imkanı yoxdur. Ömər onun yanında qalır və iddiaçıya getmək istəmir, ona gör də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2146/2022 saylı qətnaməsindən göründüyü kimi xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat, xx.xx.2015-ci il təvəllüdlü X6 münasibətdə isə aliment Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsi üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı qətnamə icra edildiyi vaxtdan 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-T 137339 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan AZ-T ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2015-ci il təvəllüdlü X8 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X4 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ-MT-027-2024-00197 saylı arayışına əsasən, İddiaçı ilə Cavabdeh arasında razılıq əldə olunmadığından prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 60 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2146/2022 saylı qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşaqların gündəlik tələbatının artmasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay uşağın saxlanılması üçün 200 manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 200 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun müddət keçməsini, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər ay hər uşağa görə 190 manat məbləğində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutlması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barddə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Məhkəmə həmçinin qeyd edir ki, artırılmış aliment xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən və Quba Rayon Məhkəməsinin 2(027)-1044/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı himayəsinə verilməsi müəyyən olunmuş xx.xx.2015-ci il təvəllüdlü X5 İddiaçı verilməsi hissəsində qətnamə icra olunmadığından, artırılmış aliment xx.xx.2015-ci il təvəllüdlü X6 münasibətdə həmin qətnamə qeyd edilən hissədə icra ediləcəyi vaxtdan başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2146/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən, xx.xx.2015-ci il təvəllüdlü X6 münasibətdə isə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1044/2020 saylı qətnaməsi həmin hissədə icra ediləcəyi tarixdən Cavabdeh hər ay hər uşağa görə 190 (yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1310/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1310/2024
05.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver