Məhkəmə qərarları › İş №2(027)-1313/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1313/2021

23.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1313/2021 23.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmirasıan Arif oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh X2 qarşı “mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X1 onların mülkiyyətində olan Quba rayonu, Aşagı-Atuc kəndi ərazisində yerləşən və 07.11.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, 05 noyabr 2016-cı il tarixli A № 107387 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində ki, koordinatlarda göstərilmiş 2.22 ha torpaq sahəsinə törədilən maneələrin aradan qaldırılması, ona həmin torpaq sahəsinə girişin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdlər. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək göstərdi ki, ona və qızları olan digər iddiaçılar İddiaçı2, X.D.Babayevanın, İddiaçı4 birgə mülkiyyətində Quba rayonu, Aşagı-Atuc kəndi ərazisində 2.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 07.11.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı onlara mülkiyyət hüququ verilib.Cavabdeh X3 İddiaçı2 həyat yoldaşıdır. Onlar 2020-ci ilin noyabr ayından faktiki olaraq ayrılmışlar. İddiaçı2 həmin vaxtdan onun yanında, yəni Quba rayonu, Timiryazev qəsəbəsində yaşayır. Cavabdeh isə Quba rayonu, Aşagı-Atuc kəndində ona (İddiaçı1) məxsus olan evdə yaşayır. Onların, yəni iddiaçıların mülkiyyətində olan 2.22 ha torpaq sahəsi Quba rayonu, Aşagı- Atuc kəndində yerləşməklə orada gilas bagı salınıb. Cavabdeh həmin torpaq sahəsinə və oradakı gilas bağına heç bir aidiyyatı olmadığı halda özbaşınalıq edərək baga sahiblik etmək, indidən yetişməkdə olan gilas meyvəsinə müştəri axtarışındadır. Kənd camaatından eşidiblər ki, bu yaxınlarda cavabdeh həmin bag sahəsinə bir nəfər müştəri apararaq agaclardaki meyvəni ona göstərib Beh müqaviləsi (şifahi) bağlamaq istəyib. Alıcı qismində gəlmiş şəxs bag sahəsinin cavabdehə məxsus olmadığını bilib, onunla hər hansı beh müqaviləsi bağlamağdan imtina edərək çıxıb getmişdir. Lakin cavabdeh yenədə müştəri axtarır ki, onlardan xəbərsiz bag sahəsindəki meyvəni satsın. Ona görədə bu anlaşılmazlığa son qoymaq üçün məhkəməyə müraciət etmək qərarına gəliblər. Göstərilənləri nəzərə alaraq onların mülkiyyətində olan Quba rayonu, Aşagı-Atuc kəndi ərazisində yerləşən 2.22 ha torpaq sahəsinə törədilən maneələrin aradan qaldırılması, cavabdehə həmin torpaq sahəsinə girişin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman İddiaçı2 bildirmişdi ki, cavabdeh X3 onun həyat yoldaşı olub, lakin hal-hazırda onlar ayrılıb, o, anası İddiaçı1 yanında, Quba rayonu, Timiryazev qəsəbəsində yaşayır, cavabdeh isə Aşağı-Atuc kəndində anasının mülkiyyətində olan evdə qalır. Həmçinin qeyd edib ki, cavabdehin onlara məxsus 2.22 ha torpaq sahəsinə salınmış gilas bağına heç bir aidiyyəti yoxdur, və iddianı müdafiə edərək törədilən maneələrin aradan qaldırılması, cavabdehə həmin torpaq sahəsinə girişin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman İddiaçı3 iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı4 digər iddiaçıların izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X3 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini əsas tutaraq cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı1 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən edilir ki, reyestr nömrəsi **********94 RX seriyalı 0961528, qeydiyyat tarixi 07.11.2016-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Aşagı-Atuc kəndi ərazisində yerləşən 2.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 2/5 hissəsi İddiaçı1, 1/5 hissədə İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətindədir və 143 nömrəli reyest kitabında 15 nömrəli vərəqində qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş 05 noyabr 2016-cı il tarixli A № 107387 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu, Aşagı-Atuc kəndi ərazisində yerləşən 2.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibi İddiaçı1dır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus olmayan torpaq sahəsini qeyri-qanuni yol ilə zəbt etməklə hazırda həmin torpaq sahəsinin mülkiyyətçisinə qarşı. qanunsuz müdaxiləsi nəticəsində cavabdeh mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki Quba rayonu, Aşagı-Atuc kəndi ərazisində yerləşən 2.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh X3 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılıan maneələr aradan qaldırılmalı və həmin torpaq sahəsinə girişi qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX N ******* nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətində olan Quba rayonu, Aşağı-Atuc kəndi ərazisində yerləşən 2,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3 tərəfindən yaradılıan maneələri aradan qaldırılsın və X1 həmin torpaq sahəsinə girişi qadağan edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar