Məhkəmə qərarları › İş №2(027)-132/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-132/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-132/2021 02.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı-nin nümayəndəsi X2 və Cavabdeh2 iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və ona hesablanmış faizlərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1n və Cavabdeh2 İddiaçı-nin xeyrinə əsas borc üzrə 5895.3 manat, faiz borcu üzrə 1305.79 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, faiz borcu üzrə 1002.9 manat, cəmi 8203.99 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30. manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının tutulmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçınin Quba filialı ilə Cavabdeh1 oğlu arasında bağlanmış 157 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 10 000(on min) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə görə zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsədə, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən 157 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5895.3 manat, faiz borcu üzrə 1305.79 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, faiz borcu üzrə 1002.9 manat, cəmi 8203.99 manat borcu mövcuddur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə əsas borc üzrə əsas borc üzrə 5895.3 manat, faiz borcu üzrə 1305.79 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, faiz borcu üzrə 1002.9 manat, cəmi 8203.99 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki,, əsas məbləği qəbul edir və ekspert rəyi ilə razıdır, lakin illik beş faiz ilə razı deyil.Qətnamə qəbul edən zaman ekspertiza rəyində göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi X3 və Cavabdeh2 dinləyib, işin sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Beləki, İşə əlavə edilmiş 157 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 ilə «İddiaçı” ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 10 000 manat kredit verilmişdir. İşə əlavə edilmiş 157 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, həmin müqavilə Cavabdeh2 ilə «İddiaçı” ASC arasında kredit müqaviləsinin təminatı məqsədilə bağlanmışdır. İşə əlavə edilmiş maliyyə arayışından müəyyən edilirki, xx.xx.2020-ci il tatixə Cavabdeh1 banka əsas borc üzrə 5895.3 manat, faiz borcu üzrə 1305.79 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, faiz borcu üzrə 1002.9 manat, cəmi 8203.99 manat kredit borcu yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünürki, iddiaçı iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəyib. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/3961 saylı rəyindən görünürki, 157 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsində qeyd oliunan şərtləri nəzərə alaraq, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 157 nömrəli kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixə «İddiaçı” ASC-yə olan borcu əsas borc üzrə 5895.30 manat, faiz borcu üzrə 687.10 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Şərh edilənləri və ekspert rəyini nəzərə alaraq, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, əsas borc üzrə 5895 (beç min səkkiz yüz doxsan beş) manat 30 qəpik, faiz borcu üzrə 687 (altı yüz səksən yeddi) manat 10 qəpik, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla, faiz borcu üzrə 1002 (bir min iki)manat 90 qəpik, cəmi 7586 (yeddi min beş yüz səksən altı) manat 30 qəpik, dövlət rüsumu üçün ödənilmiş 30 manat və 40 qəpik bank xidmət haqqı məbləğində pul vəsaitinin alınaraq İddiaçı-nin xeyrinə tutulmasnı məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, əsas borc üzrə 5895 (beç min səkkiz yüz doxsan beş) manat 30 qəpik, faiz borcu üzrə 687 (altı yüz səksən yeddi) manat 10 qəpik, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 1002 (bir min iki) manat 90 qəpik, cəmi 7586 (yeddi min beş yüz səksən altı) manat 30 qəpik, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat və 40 qəpik bank xidmət haqqı məbləğində pul vəsaiti alınıb İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar