Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1322/2021 02.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı-nin X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddiası üzrə mülki işin materiallarını nəzərdən keçirib müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 76,28 AZN əsas, 20,79 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 97,07 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN məbləğində vəasitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyətı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddia ərizəsində bankla kredit müqaviləsi bağlamış və iddia tələbinin yönəldiyi cavabdeh X1 ünvanı Qusar şəhəri, Muxtadır küçəsi, ev 92A, M.6 ünvan göstərilmişdir. Həmçinin iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı Qusar rayon Məhkəməsi qeyd edilmişdir. Belə olan halda, yuxarıda göstərilən qanun normasının tələbinə əsasən iddia cavabdehin qeydiyyata alındığı yer üzrə Qusar Rayon Məhkəməsinə verilməli və işə ərazi aidiyyəti üzrə Qusar Rayon Məhkəməsində baxılmalı idi. İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı Qusar Rayon Məhkəməsi qeyd edildiyi halda, hazırki iş ərazi aidiyyət qaydaları pozulmaqla, səhvən Quba Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-cı maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı-nin X2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı-yə izah edilsin ki, iddia ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1322/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1322/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver