Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1323/2020 15.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1773 ABŞ dolları məbləğində borcun, 319 ABŞ dolları məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə çoxdan tanışam. Cavabdeh iş tapa bilmədiyindən dolanmaq üçün nar meyvəsini Quba bazarında gətirib satmaqla qazanc əldə etməklə dolanmaq istədiyini bildirmişdir. Lakin nağd pulu olmadığından ticarət məqsədilə özünə maddi köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehin işləmədiyini, maddi vəziyyətinin ağır olmasım nəzərə alaraq ona ticarət etmək məqsədilə 2015-ci il tarixdə 2700 ABŞ dolları məbləğində qaytarmaq şərtilə borc pul verdim. Cavabdeh isə narı gətirib Quba bazarında satmaq əvəzinə daha artıq qazanc əldə etmək üçün məni aldadaraq həmin mahsulu X2 şəhərinə aparıb satmışdır. Bu haqda məlumatı aldıqdan sonra cavabdehdən borcumu qaytamağını tələb etdim, lakin cavabdeh müxtəlif bəhanələrlə pulumu qyatrmaqdan yayınmışdır. Onun qanunsuz hərəkərlərindən Quba rayon Polis Şöbəsinə ərizələrlə müraciətlər etmişəm. Ərizələrim polis şöbəsində araşdırılmış və xx.xx.2016-cı il tarixli 146-6/7-4952-3216 saylı məktubla cavadehin barəsində inzibati qaydada tədbirin görülməsi, borc tələbi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququmun olması bildirilmişdir. Görülmüş inzibati tədbirdən sonra da cavabdeh keçən müddət ərzində hissə-hissə borcdan 927 ABŞ dolları miqdarında qaytarsada, qalan 1773 ABŞ dolları miqdarında borcunu isə hələ qaytarmamışdır. Mən yenidən polis Şöbəsinə ərizə ilə müraciət etmiş cavabdeh Polis Şöbəsinə dəvət olunaraq borcunu etiraf etməklə qaytaracağını bildirmişdir. Lakin yenə də borcunu qaytarmaqdan yayınır. Bundan başqa bildirirəm ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm lakin məhkəmə cavabdehin məhkəmə iclaslarına gələməməsi səbəbindən ərizəmin baxılmamış saxlanılması barədə xx.xx.2019-cu ol tarixli 2(027)-1571/2019 saylı qərardad qəbul etmişdir. Mülki işi geri alıb yenidən məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Göstərilənləri nəzərə alaraq, cavabdeh X1 1773 ABŞ dolları məbləğində borcun, 319 ABŞ dolları məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş Cavabdeh Quba RPŞ-nə verdiyi xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, Xöşbəxt Əliyevə onun 2400 ABŞ dolları borcu olmasını və borcunu hissə-hissə ödədiyini, cəmi 600 manat borcu qaldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında yaşayır. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmədə İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qisməm sübut etdi və o barədə sübutları qismən məhkəməyə təqdim etdi.. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 600 manat məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X1 600 (altı yüz) manat məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1323/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1323/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver