Məhkəmə qərarları › İş №2(027)-1324/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1324/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1324/2020 27.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “pul tələbi” üzrə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə xx.xx.2019 cu il tarixli müqaviləsinə əsasən “Samsunq LED TV” üçün 1098 manat ödənilməmiş hissə, 146 manat dəbbə pulu olmaqla, cəmi 1244 manat məbləğində borcun və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Samsunq” markalı paltar yuyan üçün 936 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, cəmi 1060 manat, ümumilikdə 2304 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Əmirxan qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Samsunq Led tv” və xx.xx.2019- cu il tarixli müqavıləsinə əsasən,“Samsunq” paltaryuyan almış, və nəticədə 2304 manat borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli ı müqaviləsinə əsasən “Samsunq Led tv” üçün alqı satqı qiyməti 1473 manat olan, (18 ay kreditlə ayda 61 manat, ilkin ödəniş 375 manat)təşkil edən,1098 manat ödənilməmiş hissə, 146 manat dəbbə pulu, cəmi 1244 manat borcu yaranmışdır. xx.xx.2019- cu il tarixli müqavıləsinə əsasən, alqı-satqı qiyməti 1146 manat olan (18 ay kreditlə,ayda 52 manat olmaqla, İlkin ödəniş 210 manat) təşkil edən “Samsunq ”paltaryuyan üçün 936 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, cəmi 1060 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, Cavabdeh qarşı mülki iş üzrə keçiriləcək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəkləri və bütün məhkəmə iclaslarını onların iştirakı olmadan baxılmasını və həmin iş üzrə qətnamə çıxarmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010- cu il tarixli 00954958 saylı müqaviləyə əsasən qiyməti 1473 manat olan, 18 aylıq kreditlə, ayda 61 manat ödəməklə ilkin ödəniş 375 manat olmaqla, Samsung led televizor; xx.xx.2019- cu il tarixili 00962756 saylı müqavilə ilə qiyməti 1146 manat olan, 18 aylıq kreditlə, aylıq ödəniş 52 manat ödəməklə, ilkin ödəniş 210 manat olmaqla Samsunq paltaryuyan almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh qiyməti 1473 manat olan, 18 aylıq kreditlə, ayda 61 manat ödəməklə, ilkin ödəniş 375 manat olmaqla, Samsunq led televizora görə cəmi ilkin ödəniş kimi 375 manat pul ödəmiş, ödənilməmiş 1098 manat və ona hesablanmış hər gecikən gün üçün (0.61x240) 146 manat dəbbə pulu, cəmi 1244 manat məbləğində borcu yaranmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh qiyməti 1146 manat olan, 18 aylıq kreditlə, ayda 52 manat ödəməklə, ilkin ödəniş 210 manat olmaqla, Samsunq paltaryuyana görə cəmi ilkin ödəniş kimi 210 manat pul ödəmiş, ödənilməmiş 936 manat və ona hesablanmış hər gecikən gün üçün (0.52x240) 124 manat dəbbə pulu, cəmi 1060 manat məbləğində borc yaranmışdır. Cavabdeh bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir və nəticədə, iddiaçının qarşısında borc kimi “Samsunq led” televizora görə 1244 manat, “Samsunq” paltaryuyana görə isə 1060 manat, ümumilikdə 2304 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı qarşısında qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh müəyyən olunmuş müddətə öhdəliyi yerinə yetirmədiyinə görə, alqı-satqı müqavilələri ilə əsas borc üzrə 2034 (iki min otuz dörd) manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və cərimənin məbləğini məhkəmə borcluya xx.xx.2019-cu il və xx.xx.2019- cu il tarixli alqı-satqı müqavilələrinin hər bir üzrə 6 (altı) manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Əmirxan qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı- satqı müqaviləsi üzrə yaranmış 1098 manat ödənilməmiş məbləğ, 6 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavıləsinə əsasən yaranmış 936 manat ödənilməmiş məbləğ, 6 manat dəbbə pulu, cəmi 2046 (iki min qırx altı) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdehİddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar