Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1328/2023 25.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borclu olduğu 1330.2 (bir min üç yüz otuz.20) manat və ödənilmiş 33 (ouz üç) manat dövlət rüsumunun, ümumilikdə 1360.2 (bir min üç yüz altımış manat, iyirmi qəpik) manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onunla əsaslandırmışdır ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında (köhnə avtovağzalda) yerlşən "Süsən" market ərzaq mağazası onun mülkiyyətindədir. Cavabdeh on ilə yaxındır ki, ailəsinin ərzaq, qeyri ərzaq məhsulları ilə təminatın mülkiyyətində olan mağaza vasitəsi ilə həyata keçirir. Keçən illər ərzində aralarında yazılı bağlanan müqavilələrlə ərzaq mallarına olan ailəsinin ehtiyacları - məclislərini nisyə ərzaq məhsulları alaraq yola vermiş və sonradan aldığı məhsulların pulunu ödəmişdir. Ailəsində keçirilən tədbirlə bağlı növbəti dəfə xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində ümumilikdə 2001.20 manat məbləğində (iki min bir) ərzaq və qeyri ərzaq məhsullarını nisyə alaraq, əlavə borc pul alıb qısa müddətə pensiya kartı vasitəsi ilə qaytarmaq şərtilə aparmış bu haqda yazılı qəbz verməklə kartını qoyub çıxıb getmişdir. Həmin puldan 671 manat (altı yüz yetmiş bir) məbləğində pulu kart vasitəsilə ödənişini aparmışdır. Sonra isə kartı itməsi barədə ərizə yazaraq yeni kart almaqla ödənişi dayandırmışdır. Cavabdehin bu kimi qanunsuz hərkətətindən Quba rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 1330.2 manat (bir min üç yüz otuz) məbləğində borcun qaytarılmasına köməklik göstərilməsi xahiş etmişdir. Cavabdehin bu əməli Quba rayon Polis Şöbəsində araşdırılmış qeyd etdiyi xüsusatların mülki xarakteli olması səbəbi ilə müraciətinə baxılması dayandırılması barədə xx.xx.2023-cü il tarixli 91/2- ə-6112 nömrəli cavab verilmişdir. Lakin Quba rayon polis şöbəsindən bildirdilər ki, bu məsələ mülki xarakterlidir. O, cavabdehə 2001.20 manat pulu və ərzaqları nisyə verməklə məclisini yola vermək üçün verərək yaxşılıq etmişdir. Cavabdeh isə aralarında olan razılaşmanı pozaraq öhdəliklərinə əməl etməyib, buna görə də borclu qalan 1330.20 manat məbləğində pulu geri qaytarmalıdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən zaman iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh həmin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə bu iş üzrə məhkəmə iclasını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış sadə yazılı qəbzlərdən görünür ki, həmin qəbzdə xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə, Quba şəhərində köhnə avtovağzal ərazisində yerləşən Süsən marketinin sahibi İddiaçıdən evi üçün bir ay ərzində 600 manatlıq ərzaq məhsulları və 900 manat nəğdi pul borc götürdüyünü, İddiaçıdə 1500 manatı xx.xx.2020-ci il tarixdə qaytaracağını, 200 manat aldığını göstərmişdir. İş materiallarında olan iş üzrə Cavabdeh yazılı ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı 1330 manat pul tələbinə dair iddiasını qəbul və etiraf edir və ona qarşı iddianın təmin olunmasına heç bir etiraz etmir, yaxın müddətdə hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü madəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh X3 İddiaçı 1330,20 manat dəyərində ərzaq məhsullarını nisyə almış, həmin ərzaqın pulunu yaxın vaxtlarda ödəyəcəyni öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş, iddiaçıya nisyə aldığı ərzaq məhsullarının pullarını ödəməmiş, nisyə alqı-satqıdan yaranmış münasibətlər nəticəsində cavabdeh X3 İddiaçı 1330,20 manat məbləğində maddi zərər vurmuş və göstərilən məbləğdə iddiaçının hesabına əsassız varlanmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 33 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsindən yaranmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində cavabdeh X1 vurduğu zərər olaraq 1330,20 manat alınaraq, İddiaçı verilməli və iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə, iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə onlara qarşı yönəlmiş iddia tələbləri üzrə iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, cavabdeh X2 iddianı etiraf etməsi qəbul edilməli və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə, ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1330,2 (bir min üç yüz otuz manat iyirmi qəpik) manat və həmçinin 33 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1330,2 (bir min üç yüz otuz manat iyirmi qəpik) manat və həmçinin 33 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1328/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1328/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver