Məhkəmə qərarları › İş №2(027)-1329/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1329/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1329/2024 17.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 13.000 (on üç min) manat pul və ödədiyi 130 manat dövlət rüsümu alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki tanıyır onunla münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh ona müraciət edərək bildirmişdir ki, özü üçün 13.000 (on üç min) manat borc pul lazımdır. Pulu xx.xx.2022-ci il tarixdə qaytaracağına vəd vermişdir. Bu məqsədlə də o cavabdehə istədiyi pulu borc verdi, hətta pulu verərkən bu barədə Cavabdeh ona imzalanmış iltizam da vermişdir. Dəfələrlə onun yanına gələrək pulu qaytaracağı üçün müddət istəmişdir. Lakin həmin müdətdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh hal-hazıra kimi onun pulunu qaytarmaqdan boyun qaçırır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də o, müxtəlif bahənalər gətirərək mənim pulunu qaytarmaqdan yayınır. Cavabdehin onun pulunu qaytarmağa hər cür imkanı vardır, lakin o, pulunu qaytarmaq istəmir. Cavabdehə yaşadığı ünvana poçt vasitəsi ilə pretenziya göndərmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izhat vermiş və bildirmişdir ki, cavabdelə uzaq qohumluqları vardır, cavabdeh ondan 2022-ci ilin yanvar ayında torpaq sahəsi alması üçün 23000 manat borc pul istəmişdir. O, da həmin pulu cavabdehə borc olaraq vermişdir. Cavabdən pulu ondan alarkən anasına 23000 deyil, 13000 manat aldığını deməsini xahiş etmişdir. Cavabdeh borclu olduğu 23000 manat puldan 10.000 manatın əvəzinə onunla razılaşıb maşın vermişdir. Ona hal-hazırda 13000 manat məbləğində borcu qalmışdır. Pulun qaytarılması üçün cavabdehə dəfələrlə müraciət etsə də, bir nəticəsi olmamışdır. Eyni zamanda cavabdeh ona olan 13000 manat borcunu xx.xx.2022-ci il tarixdə iltizam yazaraq etiraf etmişdir. Qeyd olununları nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, İddiaçı 2022-ci ilin fevral ayında hissə-hissə qaytarmaq şərti ilə 15000 manata yaxın pul aldığını, həmin pulun əvəzində iddiaçıya maşın verdiyini, 13000 manat borclu olması barədə qəbzi mülkiyyətində olan maşını borcun əvəzinə verdikdən sonra özü yazdığını, iddiaçının ona hədə-qorxu gəlib borcu faizi ilə birlikdə 23000 manat hesabladığını bildirdi, iddianı əsassız hesab edərək, rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan X2 tərəfindən imzalanmış sadə yazılı qəbzdən görünür ki, İddiaçı 13000 manat borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif olunmuş, əks halda borclu olduğu məbləğin məcburi qaydada alınaraq İddiaçı qaytarılması tələbi ilə məhkəmyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 130 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan CD diskə məhkəmə zalında baxış keçirilən zaman məlum oldu ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə yazılı iltizam yazaraq 13000 manat məbləğində borc aldığı pulu hissə-hissə ödəməyi öhdəsinə götürməsi təsdiq olunur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməsə də, CD diskə baxış keçirildikdən sonra Cavabdeh etiraf edir ki, CD diskdə qeyd olunan tərəflərdən biri, yəni borclu tərəf özüdür, diskdə olan görüntülərdə ona məxsusdur. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında göstərilir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı borc olaraq Cavabdeh 13000 manatn məbləğində pul vermişdir. Cavabdeh aldığı pulun müqabilində razılaşdırılmış öhdəliklərini yerinə yetirməmiş və bu günədək borcunu qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borc kimi götürdüyü pul vəsaiti olan 13000 manatı iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13000 manat məbləğində borc İddiaçı xeyrinə tutulsun. Dövlət hesabına köçürülmüş dövlət rüsumunun əvəzi 130 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar