Məhkəmə qərarları › İş №2(027)-133/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-133/2021

07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-133/2021 07.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddaçı İddiaçı-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı İddiaçı-nin əmlakına (ticari mal və ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı” MMC-nin Cavabdeh tərəfindən ödənilməmiş 6566 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh alınaraq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2017-ci il 03 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. xx.xx.2018-ci il tarixli 192-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə admistrator vəzifəsinə təyin edilmişdir. xx.xx.2019cu il tarixdə 424-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba-NZS 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 6819 manat məbləğində zərər vurması məlum olmuşdur. Ümumi qalıq borcun 6819 manat borcdan 253 manat ödəniş etmiş qalıq borc 6566 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 415-K saylı əmrindən görünür ki, Cavabdeh İddiaçı-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2017ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında İddiaçı” MMC-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə xx.xx.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan tam maddi məsuliyyət haqqında müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə əlavə müqavilədən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında Cəmiyyətin Satış Departamentinə “Administrator” vəzifəsinə keçirilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 192-K saylı əmrindən görünür ki, Cavabdeh Cəmiyyətin satış əməliyyatları şöbəsinə xx.xx.2017-ci il tarixdən Baş satıcı vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 206-K saylı əmrindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 1 Şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktından görünür ki, OBA NZS-2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs - Cavabdeh xx.xx.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal – material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10291,44 manat məbləğində kəsirin olduğu müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün ərzində 6566 manat məbləğində maddi ziyanın Cəmiyyətə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 6819 manat çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 253 manat Cəmiyyətin xəzinəsinə mədaxil edilməklə 6566 manat borcu qalmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5189 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2019-cu il tarixli yekun Aktına əsasən aparılmış inventarizasiya yoxlaması nəticəsində İddiaçı-nin adminstratoru vəzifəsində işləmiş Cavabdeh hesabında mal çatışmazlığının ümumi məbləği 10291,44 manat müəyyən edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla və Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5189 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı-nin adminstratoru vəzifəsində işlədiyi müddət ərzində 10291,44 manat məbləğində mal çatışmazlığı müəyyən edilsə də, İddiaçı Cavabdeh 6566 manat məbləğində maddi ziyanın alınaraq ona verilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə ekspert rəyində ki, məbləği deyil, iddia ərizəsində göstərilən məbləği əsas kimi qəbul edir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı-yə 6566 manat məbləğində mal çatışmazlığına görə borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda, e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdehnun təqsirli olması öz təsdiqni tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh mal çatışmazlığına görə vurulmuş zərərin əvəzi olaraq 6566 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 6566 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı-nin bank hesabına ödənilsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar