Məhkəmə qərarları › İş №2(027)-1333/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1333/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1333/2022 07.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 qızının katibliyi, Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsi) iştirakı ilə, İddiaçı Cəlal oğlu cavabdehlər Qəhrəmanova (Məmmədova) Kəmalə Məzahir qızına və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cəlal oğlu ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Qəhrəmanova (Məmmədova) Kəmalə Məzahir qızı və Cavabdeh2 hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 600 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cəlal oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar Qəhrəmanova (Məmmədova) Kəmalə Məzahir qızı və Cavabdeh2 ona qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Bundan sonra iddiaçılar Quba Rayon Məhkəməsinin 2(027)-315/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişlər. 2(105)-1777/2021 saylı iş Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafarinin icraatında olmuşdur. İddiaçılar Sumqayıt Apelyasiya Məhkəməsində apelyasiya şikayətindən imtina barədə ərizə vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1777/2021 saylı qərardadı ilə iddiaçıların nümayəndəsi vəkil X1 apelyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməsi, Quba Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçıların mümayəndəsi vəkil X3 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçılar tərəfindən verilmiş əsassız və qanunsuz iddialar səbəbindən mən öz hüquqlarını müdafiə etmək üçün vəkil tutmuşdur. Hüquqi yardım xərci olan 25 yanvar 2021-ci il tarixli, 06 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən 300 manat və 24 may 2021-ci il tarixli, 227 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən 300 manat məbləğində pulu ödəmişdir. Hazırda ödənilmiş 600 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsini istəyir. Hazırda cavabdehlərdən pulunu ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 (həmçinin Cavabdeh2 nümayəndəsi) iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Qəhrəmanova (Məmmədova) Kəmalə Məzahir qızı və Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişlər ki, iddiaçı tələbini onların ona qarşı iddia tələblərinin Quba rayon məhkəməsinin 01 mart 2021- ci il tarixli qətnaməsi ilə təmin olunmamasına və həmin qətnamədən verdikləri apelyasiya şikayətinə xitam verilməsinə dair ərizə verməklərinə istinad etməklə əsaslandırmışdır. İddiaçının tələbi əsassızdır və heç bir halda təmin edilə bilməz. Belə ki, Quba rayon məhkəmənin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı Cəlal oğluna qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddiası qismən təmin edilmiş, DƏDRX-nin Xaşmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı Cəlal oğlu, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin bərabər paylara bölünməsi və həmin torpaq sahəsinə 1/3 hissədə X2 1/3 hissədə Cavabdeh2 və 1/3 hissədə İddiaçı Cəlal oğlunun (hazırki iddiaçı) paylarının müəyyən edilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini almış, icra edilib tərəflərin hər birinin 1/3 hissədə paylı mülkiyyətlərinə dair Çıxarış verilmişdir. Hazırda Quba rayon məhkəməsində Kəmalə və Cavabdeh2ların həmin torpaq sahəsindən 1/3 hissədə paylarının naturada ayrılmasına dair İddiaçı Cəlal oğluna qarşı iddia tələblərinə dair mülki iş vardır. Cavabdeh1 İddiaçı keçmiş həyat yoldaşı, Cavabdeh2 atasıdır. Qeyd olunan məhkəmə mübahisələrinin səbəbkarı, yəni pozulmuş hüquqların məhkəmə müdafiəsinə zərurət yaratmış şəxs İddiaçı Cəlal oğludur ki, hazırda da, bizə qarşı qanunsuz və əsassız məhdudiyyətlə yaratmaqda davam edir. Apelyasiya şikayətlərindən imtina etmələrinin səbəbi məhz İddiaçı birgə paylı mülkiyyətlərində olan torpaq sahəsinə dair sənədləşmələrdə saxtakarlıq etməklə onunla birlikdə adları qeyd olunduğu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən torpağın qardaşının adına qeydiyyata alınmasına nail olması və bu halın da məhz Sumqayıt Apelyasiya məhkəməsinin iş üzrə keçirdiyi məhkəmə texniki və torpaqşünaslıq ekspertizası ilə müəyyən edilməsi olmuşdur. Məhz bundan sonra torpağa mülkiyyət hüququna dair sənədlərdəki yanlışlıq, (əslində İddiaçı yalan, saxta, sui-istifadə etməklə verdiyi məlumat) düzəldilib, DƏDRX- mn Xaşmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İddiaçı ona qarşı paylı mülkiyyətdə olan 0.08 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdırmaqda davam edir və onları məhkəmə qaydasında iddialarla hüquqlarının bərpasına məcbur qalmaqlarına şərait yaradır. Məhkəmə iclaslarına gəlmir, işlərin baxılmasını yubadır. Qeyd olunan etirazla bağlı mülki işin araşdırılması Quba rayon məhkəməsində hazırda baxışda olan iddia tələbi üzrə qətnamə qəbul edilənədək dayandırılması və ya qanuni qüvvədə olan 22 noyabr 2021-ci il tarixli qətnaməyə istinad olunmaqla rədd edilməlidir. Bir ana kimi övladı Cavabdeh2 atasız böyütmüş, indi də iddianın məqsədi ona ev tikib ailə qurmasına, evlənməsinə şərait yaratmaqdır. Ata-sözün əsl mənasında belə demək mümkünsə İddiaçı isə övladını böyütmüş qadına və övladına qarşı əsassız iddialarla məhkəmələrə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı Cəlal oğlu məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2029/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı Cəlal oğlu, X4 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi bərabər paylara bölünsün və həmin torpaq sahəsinə 1/3 hissədə X2, 1/3 hissədə Cavabdeh2 və 1/3 hissədə İddiaçı Cəlal oğlunun payı müəyyən edilmişdir. İş materiallarında olan **********86 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsi birgə mülkiyyətində olmaqla, Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1777/2021 saylı, xx.xx.2021-ci il tarixlin qərarından görünür ki, iddiaçıların nümayəndəsi vəkil X1 apelyasiya şikayətinfən imtina barədə ərizəsi təmin edilmiş və Quba rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi vəkil X3 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilmişdir. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli, 06 nömrəli və 24 may 2021-ci il tarixli, 227 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilələrdən görünür ki, iddiaçı vəkilə məhkəmədə hüquqlarının müdafiəsinin təmini üçün 600 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər (115.0.1-ci maddə), yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər (115.0.2-ci maddə), tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər (115.0.3-cü maddə), tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri (115.0.4-cü maddə), nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər, (115.0.5-ci maddə), vəkillərə etdikləri kömək üçün ödənilən xərclər (115.0.6-cı maddə), cavabdehin axtarılması ilə əlaqədar xərclər (115.0.7-ci maddə), qətnamənin icrası ilə əlaqədar xərclər (115.0.8-ci maddə), məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (115.0.9-cu maddə) daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, cavabdehlər Qəhrəmanova (Məmmədova) Kəmalə Məzahir qızı və Cavabdeh2 hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 600 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir. Lakin məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1777/2021 saylı, xx.xx.2021-ci il tarixlin qərardadı ilə, iddiaçıların nümayəndəsi vəkil X1 apelyasiya şikayətinfən imtina barədə ərizəsi təmin edilmiş və Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi vəkil X3 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda məhkəmələrdə tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə davam edir. Digər tərəfdən isə iddiaçının mülki işlər üzrə birinci və apellyasiya məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkil tutması məcburi prosessual hərəkət sayılmır. Həmçinin, iş materillarında olan Quba rayon məhkəmənin 22 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı Cəlal oğluna qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və payın naturada ayrılması tələbinə dair iddiası qismən təmin edilmiş, DƏDRX-nin Xaşmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı Cəlal oğlu, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin bərabər paylara bölünməsi və həmin torpaq sahəsinə 1/3 hissədə X2 1/3 hissədə Cavabdeh2 və 1/3 hissədə İddiaçı Cəlal oğlunun (hazırki iddiaçı) paylarının müəyyən edilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini almış, icra edilib tərəflərin hər birinin 1/3 hissədə paylı mülkiyyətlərinə dair Çıxarış verilmişdir. İddiaçı Cəlal oğlu cavabdehlər Qəhrəmanova (Məmmədova) Kəmalə Məzahir qızına və Cavabdeh2 qarşı qaldırdığı iddialarla bağlı mülki işlər üzrə məhkəmədə hüquqlarını özüdə müdafiə edə bilərdi. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cəlal oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar