Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1334/2021 27.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı «borcun tutulması» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 04 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 207.06 AZN əsas borc, 24.48 AZN faiz borcu, 74.6 AZN cərimə və kredit müqaviləsi üzrə 04.03.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 308.64 AZN borcun; 03 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 338.22 AZN əsas borc, 50.06 AZNTaiz borcu, 131.57 AZN cərimə və və kredit müqaviləsi üzrə 03.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1.55 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 521.4 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin məhkəmə orqanları ilə iş şöbəsinin müdiri İsa Hacıyev teleqramma ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1186.55 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 557 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 12 aprel 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Cavabdeh 03 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1099 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 518 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 12 mart 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 04 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 207.06 AZN əsas borc, 24.48 AZN faiz borcu, 74.6 AZN cərimə və kredit müqaviləsi üzrə 04.03.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 308.64 AZN borcun; 03 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 338.22 AZN əsas borc, 50.06 AZN faiz borcu, 131.57 AZN cərimə və və kredit müqaviləsi üzrə 03.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1.55 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 521.4 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh Cavabdeh oğlu bildirdi ki, iddianı əsas və faiz hissəsində qəbul edir, lakin cərimə hissəsində qəbul etmir və göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə cavabdeh Cavabdeh oğlunu dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh 04 mart 2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsinə əsasən ona “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1186.55 manat kredit verilmişdir. İş sənədlərində olan oğluna 04 mart 2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsinə əlavə1 formasından görünür ki, Cavabdeh “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1186.55 manat kredit verilmiş, yalar üzrə ödəniş məbləği müəyyən olunmuşdur. İş sənədlərində olan 06.05.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 04 mart 2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-nin xeyrinə 207.06 AZN əsas borc, 24.48 AZN faiz borcu, 74.6 AZN cərimə və kredit müqaviləsi üzrə 04.03.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 308.64 AZN borcu yaranmışdır. İş sənədlərində olan Cavabdeh 03 aprel 2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1099 manat kredit verilmişdir. İş sənədlərində olan oğluna 03 aprel 2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsinə əlavə1 formasından görünür ki, Cavabdeh “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1099 manat kredit verilmiş, ayalar üzrə ödəniş məbləği müəyyən olunmuşdur. İş sənədlərində olan 06.05.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 03 aprel 2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-nin xeyrinə 338.22 AZN əsas borc, 50.06 AZN faiz borcu, 131.57 AZN cərimə və və kredit müqaviləsi üzrə 03.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1.55 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 521.4 AZN borcu yaranmışdır. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışdan müəyyən olunur ki, Rizvanov X1 rayonu, Yuxarı Tüləkəran kəndində qeydiyyatdadır. İşdə olan 17.05.2021-ci il tarixli ********* nömrəli “mədaxil qəbzinə” əsasən İddiaçı tərəfindən Cavabdeh qızı ilə bağlı Quba Rayon Məhkəməsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh 04 mart 2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-nin xeyrinə 207.06 AZN əsas borc, 24.48 AZN faiz borcu, 74.6 AZN cərimə və kredit müqaviləsi üzrə 04.03.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 308.64 AZN, 03 aprel 2019-cu il tarixli 5-0***-******* saylı kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-nin xeyrinə 338.22 AZN əsas borc, 50.06 AZN faiz borcu, 131.57 AZN cərimə və və kredit müqaviləsi üzrə 03.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1.55 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 521.4 AZN borcu borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh İddiaçı-nin xeyrinə 04.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 207 (iki yüz yedd) manat 06 qəpik əsas borc, 24 (iyirmi dörd) manat 48 qəpik faiz borcu,04 (dörd) manat 60 qəpik cərimə borcu və 04.03.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 2(iki) manat 50 qəpik əldən çıxmış fayda, ümumilikdə 230 (iki yüz otuz) manat 64 qəpik və 03.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 338 (üç yüz otuz səkkiz) manat 22 qəpik əsas borc, 50 (əlli) manat 06 qəpik faiz borcu, 11 (on bir) manat 57 qəpik cərimə borcu və 03.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 1 manat 55 qəpik əldən çıxmış fayda, ümumilikdə 400 manat 40 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin İddiaçı-nin xeyrinə tutulmasını qanuni hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı-nin xeyrinə 04.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 207 (iki yüz yedd) manat 06 qəpik əsas borc, 24 (iyirmi dörd) manat 48 qəpik faiz borcu,04 (dörd) manat 60 qəpik cərimə borcu və 04.03.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 2(iki) manat 50 qəpik əldən çıxmış fayda, ümumilikdə 230 (iki yüz otuz) manat 64 qəpik və 03.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 338 (üç yüz otuz səkkiz) manat 22 qəpik əsas borc, 50 (əlli) manat 06 qəpik faiz borcu, 11 (on bir) manat 57 qəpik cərimə borcu və 03.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 1 manat 55 qəpik əldən çıxmış fayda, ümumilikdə 400 manat 40 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən:İlqarMəmmədov
Məhkəmə qərarları › İş №2(027)-1334/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1334/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver