Məhkəmə qərarları › İş №2(027)-1336/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1336/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1336/2021 07.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 06.03.2020-ci il tarixli, GTKR 1831370A165 saylı kredit müqaviləsinə əsasən 3021,56 AZN əsas; 334,11 AZN faiz; cəmi 3355,67 AZN məbləğində borcun, 06.03.2020-ci il tarixli, BRED 1831371A165 saylı kredit xətti müqaviləsinə əsasən 896,85 AZN əsas, 130,20 AZN faiz; cəmi 1027,05 AZN borcun və ödənilmiş 30 manat dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.03.2020 ci il tarixli, GTKR1831370A165 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 25.3 faiz dərəcəsi ilə 3210 AZN məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli, BRED1831371A165 saylı kredit xətti müqaviləsinə əsasən ona 57 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19.05.2021-ci il tarixə İddiaçı-yə 06.03.2020-ci il tarixli, GTKR 831370A165 saylı kredit müqaviləsinə əsasən 3021.56 AZN əsas; 334.11 AZN faiz; cəmi 3355.67 AZN borcu, 06.03.2020-ci il tarixli, BRED1831371A165 saylı kredit xətti müqaviləsinə əsasən 896.85 AZN əsas; 130.20 AZN faiz; cəmi 1027.05 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı-dən 06.03.2020-ci il tarixli, GTKR1831370A165 saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə illik 25,3 faiz dərəcəsi ilə 3210 manat məbləğində və 06.03.2020-ci il tarixli, BRED 1831371A165 saylı kredit müqaviləsinə əsasən 57 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1300 manat məbləğində kredit almışdır. Hazırda banka olan borcunu ödəməyə imkanı yoxdur, ancaq iddiaçıdan aldığı kredit pulunu qaytarmağa heç bir etirazı yoxdur, kredit borcunu yaxın müddətə hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 06.03.2020-ci il tarixli, GTKR1831370A165 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 35 ay müddətinə illik 25,3 faiz ödənilməsi şərtilə 3210 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 06.03.2020-ci il tarixli, BRED 1831371A165 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 57 ay müddətinə illik 25 faiz ödənilməsi şərtilə 1300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli, GTKR1831370A165 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 19.05.2021-ci il tarixə əsas 3021,56 manat, 334,11 manat faiz, cəmi 3355.67 manat borcu və 06.03.2020-ci il tarixli, BRED 1831371A165 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh əsas 896,85 manat, 130,20 manat faiz, cəmi 1027.05 manat borcu yaranmışdır. İş materiallarında olan 26.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı təşkilat tərəfindən hazırkı iddianın qaldırılnması ilə əlaqədar 30 manat dövlət rüsümü ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda heç bir ödəniş etməmişdir, razılaşdırılmış müddətdə və qaydada ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, əsas kredit borcunun və faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qanuni və əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 06.03.2020-ci il tarixli, GTKR 1831370A165 saylı kredit müqaviləsinə əsasən 3021,56 manat əsas borc, 334,11 manat faiz borcu olmaqla, cəmi 3355,67 manat məbləğində borc; 06.03.2020-ci il tarixli, BRED 1831371A165 saylı kredit xətti müqaviləsinə əsasən 896,85 manat əsas borc, 130,20 manat faiz borcu olmaqla cəmi 1027,05 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar