Məhkəmə qərarları › İş №2(027)-1337/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1337/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1337/2021 14.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 29.06.2018-ci il tarixli, 148CLM3650094AA saylı kredit müqaviləsinə əsasən 5232,25 (beş min iki yüz otuz iki manat iyirmi beş qəpik) manat məbləğində əsas, 1132,48 (bir min yüz otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 6364,73 (altı min üç yüz altmış dörd manat yetmiş üç qəpik) məbləğində borc, 26.09.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsi üzrə hesablanmış 554,77 (beş yüz əlli dörd manat yetmiş yeddi qəpik) manat məbləğində əsas, 126,35 (bir yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində faiz olmaqla, cəmi 681,12 (altı yüz səksən bir manat on iki qəpik) manat məbləğində borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasınız. çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.06.2018-ci il tarixli, 148CLM3650094AA saylı kredit müqaviləsinə əsasən, sonuncuya 48 ay müddətinə, illik 27,34 faiz dərəcəsi ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində, 09.03.2018-ci il tarixli, **********01944148 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19.05.2021-ci il tarixə İddiaçı-yə 29.06.2018-ci il tarixli, 148CLM 3650094AA saylı kredit müqaviləsinə əsasən 5232,25 (beş min iki yüz otuz iki manat iyirmi beş qəpik) manat məbləğində əsas, 1132,48 (bir min yüz otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 6364,73 (altı min üç yüz altmış dörd manat yetmiş üç qəpik) məbləğində borcu, 09.03.2018-ci il tarixli **********01944148 savlı kredit xətti müqaviləsi üzrə 554,77 (beş yüz əlli dörd manat yetmiş yeddi qəpik) manat məbləğində əsas, 126,35 (bir yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində faiz olmaqla, cəmi 681,12 (altı yüz səksən bir manat on iki qəpik) manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizəsində mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 29.06.2018-ci il tarixli, 148CLM3650094AA saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh məqsədli istifadə, qaytarmaq, faizlər ödəmək şərtilə 48 ay müddətinə, illik 27,34 faiz dərəcəsi ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir; 26.09.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit kartı “Birkart” verilmişdir; “Birkart” üzrə limitin yenilənməsi barədə ərizədən görünür ki, Cavabdeh 09.03.2018ci il tarixdə banka müraciət edərək, ona verilmiş 300 (üç yüz) manatlıq limiti yeniləyərək 2000 (iki min) manatlıq limitin ayrılmasını xahiş etmişdir; müqavilə üzrə çıxarışdan görünür ki, Cavabdeh ona bank tərəfindən təqdim edilmiş plastik kartdan 09.03.2018-11.08.2020-ci il tarix aralığı mütəmadi olaraq istifadə etmiş, müxtəlif tarixlərdə kart üzrə mədaxil-məxaric əməliyyatları aparmış və hazırda müqavilə üzrə Cavabdeh əsas borcu 554,77 (beş yüz əlli dörd manat yetmiş yeddi qəpik) manat və faiz borcu isə 126,35 (bir yüz iyirmi altı manat otuz beş qəpik) manat təşkil edır; 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.05.2021-ci il tarixə 29.06.2018-ci il tarixli, 148CLM 3650094AA saylı kredit müqaviləsinə əsasən 5232,25 (beş min iki yüz otuz iki manat iyirmi beş qəpik) manat məbləğində əsas, 1132,48 (bir min yüz otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 6364,73 (altı min üç yüz altmış dörd manat yetmiş üç qəpik) məbləğində borcu, 09.03.2018-ci il tarixli **********01944148 savlı kredit xətti müqaviləsi üzrə 554,77 (beş yüz əlli dörd manat yetmiş yeddi qəpik) manat məbləğində əsas, 126,35 (bir yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində faiz olmaqla, cəmi 681,12 (altı yüz səksən bir manat on iki qəpik) manat məbləğində qalıq borcu vardır; 23.01.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 26.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; DİN-nin BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışdan görünür ki, Cavabdeh Quba rayonu, Pirvahid kəndində qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 29.06.2018-ci il tarixli 148CLM3650094AA saylı kredit müqaviləsi üzrə hesablanmış 5232,25 (beş min iki yüz otuz iki manat iyirmi beş qəpik) manat məbləğində əsas, 1132,48 (bir min yüz otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 6364,73 (altı min üç yüz altmış dörd manat yetmiş üç qəpik) məbləğində borc, 26.09.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsi üzrə hesablanmış 554,77 (beş yüz əlli dörd manat yetmiş yeddi qəpik) manat məbləğində əsas, 126,35 (bir yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində faiz olmaqla, cəmi 681,12 (altı yüz səksən bir manat on iki qəpik) manat məbləğində borc İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 29.06.2018-ci il tarixli 148CLM3650094AA saylı kredit müqaviləsi üzrə hesablanmış 5232,25 (beş min iki yüz otuz iki manat iyirmi beş qəpik) manat məbləğində əsas, 1132,48 (bir min yüz otuz iki manat qırx səkkiz qəpik) manat məbləğində faiz olmaqla, cəmi 6364,73 (altı min üç yüz altmış dörd manat yetmiş üç qəpik) məbləğində borc, 26.09.2019-cu il tarixli **********01944165 saylı kredit xətti müqaviləsi üzrə hesablanmış 554,77 (beş yüz əlli dörd manat yetmiş yeddi qəpik) manat məbləğində əsas, 126,35 (bir yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində faiz olmaqla, cəmi 681,12 (altı yüz səksən bir manat on iki qəpik) manat məbləğində borc və Dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul vəsaiti pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar