Məhkəmə qərarları › İş №2(027)-1339/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1339/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1339/2021 07.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “İddiaçıı” ASC-nin xeyrinə 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1856 ( bir min səkkiz yüz əlli altı) manat 40 qəpik, faiz borcu üzrə 211 (iki yüz on bir) manat 61 qəpik, cəmi 2068 (iki min altmış səkkiz) manat 01 qəpik borc, 19.02.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 16 (on altı) manat əsas borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin Problemli kreditlərin hüquqi tədbiqi departamentinin Məhkəmərlə iş şöbəsinin rəisi E.Əkbərov ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı “Kapital Bank” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsinə əsasən illik 23% dərəcəsilə 48 ay müddətinə Cavabdeh 2297.94 manat məbləğində, həmçinin 19.02.2019cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən illik 25% dərəcəsilə 60 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə, öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. İddiaçı kredit müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsədə, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlığ olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik bu günə kimi də yerinə yetirilməmişdir. Nəticədə Cavabdeh adına 19.05.2021-ci il tarixə 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsi üzrə 1856.40 manat əsas borc, 211.61 manat faiz borcu, cəmi 2068.01 manat məbləğdə borc, 19.02.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsi üzrə cəmi 16 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh iddiaçı “İddiaçıı” ASC-nin xeyrinə 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1856 ( bir min səkkiz yüz əlli altı) manat 40 qəpik, faiz borcu üzrə 211 (iki yüz on bir) manat 61 qəpik, cəmi 2068 (iki min altmış səkkiz) manat 01 qəpik borc, 19.02.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 16 (on altı) manat əsas borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək, bildirdi ki, maddi durumu ilə əlaqədar banka ödəniş edə bilmir, əvvəllər işləyib ödənişləri yerinə yetirib. Uşağı xəstədir və bu səbəbdən tez- tez icazə alıb uşağı müayinələrə aparırıb. Ona görə onu işdən azad olunub, hal-hazırda heç bir yerdə işləmir, krediti ödəməg istəyir, lakin maddi imkanları çox çətin olduğundan bu günkü günə yaranan borcunu ödəyə bilmir. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 23% dərəcəsilə 48 ay müddətinə 2297.94 manat məbləğində, həmçinin 19.02.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən illik 25% dərəcəsilə 60 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş ödəniş qrafikinin surətində görünürki İddiaçı Quba filialı Cavabdeh 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsi üzrə illik 23% dərəcəsilə 48 ay müddətinə 2297.94 manat məbləğində kredit verib və aylar üzrə ödəniş məbləğləri müəyyən olunub. İşə əlavə olunmuş 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19.05.2021-ci il tarixə 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsi üzrə 1856.40 manat əsas borc, 211.61 manat faiz borcu, cəmi 2068.01 manat məbləğdə, 19.02.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsi üzrə cəmi 16 manat məbləğdə borcu vardır. İşə əlavə olunan 26.05.2021-ci il tarixli , ********* nömrəli mədaxil qəbzindən görünürki İddiaçı tərəfindən iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə olunan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS arayışdan müəyyən edilir ki, Cavabdeh Quba rayonu Atuc kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1856 (min səkkiz yüz əlli altı) manat 40 qəpik, faiz borcu üzrə 211 (iki yüz on bir) manat 61 qəpik, cəmi 2068 (iki min altmış səkkiz) manat 01 qəpik borc, 19.02.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 16 (on altı) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı-nin xeyrinə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 31.07.2019-cu il tarixli, RGTK0890312A165 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1856 (min səkkiz yüz əlli altı) manat 40 qəpik, faiz borcu üzrə 211 (iki yüz on bir) manat 61 qəpik, cəmi 2068 (iki min altmış səkkiz) manat 01 qəpik borc və 19.02.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 16 (on altı) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar