Məhkəmə qərarları › İş №2(027)-135/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-135/2021

09.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-135/2021 09.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı Kəlbali oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba şəhər Bələdiyyəsinə qarşı “giriş-çıxış yolunun açılması və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışına əsasən ona verilmiş Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə girişçıxış yolunun qarşısında dəmir şiferlə çəkilmiş hasarın Cavabdeh tərəfindən sökülərək yolun açılması və torpaq sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx xxxxxxx 2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək ailəsi ilə birlikdə orada yaşayır. O, həmin əraziyə girib-çıxmaq istəyərkən, Seyid adlı şəxs qonşuluqda yaşayan Şuşan adlı qadın və bir neçə tanımadığı adamlar ona yaxınlaşaraq “bura bizimdir, sənədimiz var burdan istifadə etmə” dedilər. Bundan bir neçə gün sonra onun həyətinin qarşısında giriş-çıxış yolunu dəmir hasarla tamamilə bağladılar. O, bu barədə Quba bələdiyyəsinə şifahi formada müraciət etmişdir. Bələdiyyədən nümayəndə gələrək həmin hasara alınmış yeri araşdırdılar və həmin yerin heç bir sənədi olmadığı müəyyən olundu. Daha sonra o, müraciətlərinin heç bir nəticəsi olmadığından xx xxxx 2020-ci il tarixdə rəsmi surətdə təkrarən Quba rayon Bələdiyyəsinə müraciət etmişdir. xx xxxxx 2020-ci il tarixdə müraciətinə cavab verilmişdir. Bu iş ilə əlaqədar ona çox təzyiqlər göstərilir, hətta ölüm ilə hədələyirlər. O, İİ qrup gözdən əlildir, dövlətin ona verdiyi torpağı hansısa qoluzorlular, digər məmurlar tutduğu mövqedən istifadə edərək kimlərəsə özlərini yaxşı qonşu, yaxın dost kimi göstərmək üçün onu hədələyirlər. O, qanuni torpaq sahəsində tikilmiş yaşayış evindən istifadə edə bilmir. Ona görə ki, evinə yalnız dar cığırla gedib-gələ bilir. Evinə giriş çıxış yolu tamam tamamilə bağlanmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək, iddianı müdafiə edərək təmin ediməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddiaçının həmin torpaq sahəsinə giriş-çıxışının bir neçə yerdən olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Quba şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq dahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba şəhəri, 28-ci məhəllədə yerləşən 0,034 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli, 3M-369 reyestr nömrəli torpağın icra hüquqların alğı-satqısı müqaviləsi əsasında Cavabdehməmməd Arif oğlunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Şərh olunan maddənin mənasına görə, torpaq sahəsinin zəbt edilməsi dedikdə, torpaq sahəsinə hüquqların yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların olmaması başa düşülür. Torpaq Məcəlləsinin qeyd olunan 55-ci maddəsində göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə görə (Sporronq və Lonnrot İsveçə qarşı, X5rşı, Vinterverp Niderlanda qarşı, Latridis Yunanıstana qarşı, X3rşı və s.) Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququnun pozulub-pozulmadığı məsələsinə baxılarkən aşağıdakı məsələlər araşdırılmalıdır:1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi?; 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi?; 3) Həmin müdaxiləyə 1-ci normada yer alan üç normadan hansının əsasında baxılmalıdır?; 4) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı?; 5) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?; 6) Müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab verirmi? Avropa Məhkəməsinin «X1rşı» işi üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin girişçıxış yolunun qarşısını şiferlə bağlamasını və həmin hasarın iddiaçının torpaq sahəsində quraşdırılması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışına əsasən ona verilmiş Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə giriş-çıxış yolunun qarşısında dəmir şiferlə çəkilmiş hasarın Cavabdeh tərəfindən sökülərək yolun açılması və torpaq sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddianın təmin edilməklə, cavabdehin mülkiyyət hüquqları torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi, cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı. Məhkəmə sadalanan maddi hüquq normalarını hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “giriş-çıxış yolunun açılması və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası əsassızdır, iş materialları ilə cavabdehin iddiaçıya məxsus torpağı zəbt etməsi və orada qanunsuz hasar quraşdırması təsdiq edilmədiyindən, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “giriş-çıxış yolunun açılması və yaradılmış maneələrin aradan qaldırılması” dair tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar