Məhkəmə qərarları › İş №2(027)-135/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-135/2023

13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-135/2023 13.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsilə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 məxsus iri buynuzlu heyvanların Quba rayonu Alpan kəndində yerləşən AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı, **********90 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən ona məxsus 1.2876 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girib, həmin sahənin 0.5 ha hissəsindəki əkdiyi əkini yeməklə və əzərək tamamilə məhv etməsi nəticəsində ona dəymiş 870 manat dəyərində ziyanın, eləcə də ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh X4 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı, **********90 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 05.10,2007-ei il qeydiyyat tarixli çıxarışa əsasən adına Quba rayonu, Alpan kəndində 1.2876 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində hər il dənli bitki olan buğda (taxıl) əkərək gəlir əldə edir. 2022-ci ilin yaz aylarından başlayaraq Quba rayonu, Xucbala kənd sakini X6 məxsus 25-30 baş iri buynuzlu mal-qara dəfələrlə onun 1,2876 ha əkin sahəsinə girərək həmin sahəsinin 0.5 ha hissəsindəki əkini yeməklə ayaqları altında tapdamaqla tamamilə məhv etmişlər. Bu fakt Quba rayon Alpan kənd bələdiyyəsinin sədri və bələdiyyə üzvlərinin iştirakı ilə torpaq sahəsinə baxış keçirərək tərtib və təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktla və iddia ərizəsinə əlavə etdiyi diskdəki görüntülərlə də öz təsdiqini tapır. O, həmin əkin sahəsindən yüksək sentnerdə taxıl almaq məqdəsilə bütün aqrotexniki qulluqlara əməl etmişdir, buna görə də, həmin əkin sahəsinin hər hektarından 30 sentner məhsul əldə edirdir. Bu il də həmin sahəni bütün aqrotexniki qaydalara riayət etməklə əkib becərdiyindən, həmin sahəsinin hər hektarından da 30 sentner məhsul gözləyir. X6 məxsusu mal-qaranın təmamilə məhv etdiyi 0.5 ha əkin sahəsindən hər hektarından 30 sentner hesabı ilə 1,5 ton məhsul əldə etməli idi. X6 məxsus mal-qara tərəfindən 0.5 ha əkin sahəsi tamamilə məhv edildiyindən oradan heç 1 sentner də olsa məhsul əldə edə bilməmişdir. Hazırda taxılın Dövlət alış qiyməti ilə hər kiloqram taxılın qiyməti 0.58 man olmaqla 1,5 ton x 0.58 man = 870 manat təşkil edir. Cavabdehə məxsus iri buynuzlu mal qaranın ona məxsus 0.5 ha taxıl sahəmdəki buğda məhsulunu yeməklə və 1 həmin əzməklə təmamilə məhv etdiyindən ümumilikdə ona 870 manat dəyərində ziyan dəymişdir. Dəfələrlə cavabdeh X6 iri-buynuzlu mal-qaranı əkin sahəsinə salmamasını bildirsə də, iradlarına əhəmiyyət verməmiş, nəticədə taxıl məhsulu tamamilə məhv olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişindən və poçt göndərişinin verilməsi barədə xəbarnamədən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Alpan kənd bələdiyyəsinin sədri X7, Alpan bələdiyyəsinin üzvü X8, Alpan Bələdiyyəsinin üzvü X3 və Alpan kənd sakini X2 iştirakı ilə İddiaçı ******* nömrəli torpaq mülkiyyətinə dair çıxarışla 1.28 ha əkin sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, Xucbala kənd sakini X6 məxsus 25-30 baş iribuynuzlu mal-qara mülkiyyətçi İddiaçı 0,5 ha əkin sahəsini əzərək tamamilə məhv etmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********90 reyestr nömrəli xx.xx.2007-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışından görünür ki, Quba rayonu, Alpan kəndində yerləşən 1.2876 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7669 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Quba rayonu, Alpan bələdiyyəsinin 26 iyul 2022-ci il tarixli aktına əsasən Quba rayonu, Alpan kənd sakini X5 məxsus 0.5 ha əkin sahəsinin məhv edilməsi nəticəsində ümumilikdə 870 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mudafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin mudafiəsi və yaxud təsdiqi uçun məhkəməyə muraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1) Zərər vurulmalıdır. 2) Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3) Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Beləliklə iddiaçının izahatı və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh X6 məxsus iri buynuzlu heyvanların Quba rayonu Alpan kəndində yerləşən AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı, **********90 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçıya məxsus 1.2876 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə girib, həmin sahənin 0.5 ha hissəsindəki əkdiyi əkini yeməklə və əzərək tamamilə məhv etməsi nəticəsində iddiaçıya 870 manat məbləğində ziyan dəyməsi iş materialları və iş üzrə təyin edilmiş və keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/7669 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən öz təsdiqini tapmışdır. Cavabdeh isə iddianın əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 870 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh alınaraq X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 870 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh alınaraq X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar