Məhkəmə qərarları › İş №2(027)-1356/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1356/2023

23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1356/2023 23.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X6 X3 cavabdeh "xxxx" MMCyə qarşı təbiətə dəymiş 7612.5 manat məbləğində ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəməni binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X6 X5 cavabdeh "xxxx" MMC-nə qarşı təbiətə dəymiş 7612.5 manat məbləğində ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 7612.5 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb Mineralxammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 06 iyun 2023-cü ildə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X6 X3 cavabdeh "xxxx" MMCyə qarşı təbiətə dəymiş 7612.5 manat məbləğində ziyanın ödənilməsi tələbinə dair ərizəsi və əlavə edilmiş sənədlər iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Mineral X1ytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar