Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1361/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı “zərərin ödənilməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı “zərərin ödənilməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, hazırda tərəflər barışmışlar və İddiaçı cavabdehlərə qarşı verdiyi iddia tələbindən imtina etmişdir və bu barədə İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim edərək, hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbindən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli və hazırki 2(027)- 1361/2020 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı “zərərin ödənilməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair 2(027)- 1361/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1361/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1361/2020
06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver