Məhkəmə qərarları › İş №2(105)-19/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-19/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-19/2023 27.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutemtə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1407/2019 nömrəli qətnaməsindən və əlavə qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci tarixli Çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu İİ Nügədi kənd ərazisində 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.

2. xx.xx.2017-ci tarixli A№ 146162 DƏDRX-nin 5 saylı Ərazi İdarəsi Torpaq sahəsinin planı ölçüsündən görünür ki, Quba rayonu İİ Nügədi kənd ərazisində **********21 reyestr nömrəli 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. Quba RİHB-nin İİ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 584 saylı arayışından görünür ki, İddiaçı İİ Nügədi kənd sakini olub, hazırda həmin kənddə yaşayır və İİ qrup əlildir.

4. X8 X2 sektorunun xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Quba rayonu İİ Nügədi kənd sakini İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.43 ha torpaq sahəsində olmuş məhsuldar 30 ədəd gilas, 25 ədəd alma və 25 ədəd armud ağaclarının mülkiyyətçinin razılığı olmadan köklənməsi nəticəsində dəymiş ziyanın təxmini olaraq tərəflərindən müəyyən olunaraq gilas -15187 manat, alma 25 ədəd – 7700 manat, armud 25 ədəd -11700 manat olardı. Ümumi gəlirində 50%-i aqrotexniki xidmət işlərinin həyata keçirilməsi üçün xərclənəcəyi nəzərə alınsa istehsalçının xalis gəliri 5850 manat olardır.

5. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-112/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək Quba rayonu İİ Nügədi kəndində yerləşən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MN seriyalı ******* nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilərək 1N-2287 seriyalı Kod 30320018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, İİ Nügədi kəndi yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehdən alınaraq İddiaçı geri qaytarılması qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-218/2021 nömrəli qərardadından görünür ki, cavabdehlər Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-112/2016 saylı qətnaməsi ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh, X3 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 5 saylı Xaçmaz ərazi İdarəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia üzrə icraata xitam verilməsi, iddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova, Telman Quliyev).

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-3390/2021 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)- 218/2021 nömrəli iş üzrə 01 mart 2020-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər Əhməd Nurməmmədov (sədrlilk edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov).

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-52/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh, X3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi, İddiaçı keçirilmiş məhkəmə ekspertizası xərci 60 manat məbləğində pulun "xxxx" MMC-nin, 50 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesbaına ödənilməsi qət edilmişdir (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi) Almaz Süleymanova, Ayaz Mahmudov). Həmin qətnamə xx.xx.2023-cü il tarixdə qüvvəyə minərək icra yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ona məxsus olan torpaq sahəsindən istifadə etdiyi üçün Cavabdeh 10000 manat pulun tutularaq ona verilməsi və ona məxsus olan torpaq sahəsindən istifadə etmək üçün cavabdehə məxsus olan torpaq sahəsindən yol verməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-sı xx.xx.1997-ci il tarixli qərarı ilə ona Quba rayonu İİ Nügədi kəndində 0,43 ha torpaq sahəsi vermişdir. Yaşlı və xəstə olduğu üçün həmin torpaq sahəsindən istifadə edə bilməmişdir. 2014-cü ildə həmin torpaq sahəsinə Hüquqların Dövlət ydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almaq istədikdə ona bildirimişdir ki, torpaq sahəsi üçün başqa şəxsə - Cavabdeh çıxarış verilib. Bununla əlaqədar Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Quba rayonu İİ Nügədi kəndində yerləşən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən MN seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilərək, 1N-2287 seriyalı KOD-30320018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, İİ Nügədi kəndində ləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehdən alınaraq İddiaçı geri qaytarılması qət edilmişdir. Məhkəmənin qətnaməsindən sonra 03.2017-ci il tarixli icra vərəqəsinə əsasən Quba rayon icra şöbəsinin icraçıları Cavabdeh torpaq sahəsini alıb ona təhvil vermişlər. Buna baxmayaraq o, hələ indiyə qədər ona məxsus olan torpaq sahəsindən istifadə edə bilmir, çünki ona məxsus olan torpaq sahəsi cavabdehə məxsus olan torpaq sahəsinin içərisindədir. Cavabdeh ona yol vermədiyi üçün öz torpaq sahəsinə girə bilmir. Bu illər ərzində cavabdeh qanunsuz olaraq onun torpaq sahəsindən istifadə edir, çoxlu sayda meyvə ağacları əkib meyvəsindən istifadə edir, suvarılan torpaq olduğu üçün onun torpaq sahəsində yonca əkərək, ildə 3 dəfə onu biçir, adığı mal-qaraya yedizdirir. Beləliklə 2008-ci ildən başlayaraq 10 il müddətində cavabdeh ona məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməklə ona 10000 manat ziyan vurmuşdur.

11. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1407/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5850 manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Zamin Tahirov)

12. Məhkəmə qeyd etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus olan torpaq sahəsindən istifadə etdiyi üçün cavabeh Cavabdeh 5850 manat pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, X8 İnkişaf Mərkəzinin mütəxəssisinin verdiyi rəy məhkəmə tərəfindən digər iş materialları ilə birlikdə sübut kimi dəyərləndirilməli və həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

13. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1407/2019 nömrəli əlavə qətnaməsinə əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən torpaq sahəsindən İddiaçı məxsus Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən (qonşuluqda olan) 0.43 ha torpaq sahəsinə zəruri keçid (gediş-gəliş yolu) açılması qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-112/2016 nömrəli qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Həmin torpaq sahəsi Cavabdeh məxsus torpaq sahəsinin içində yer aldığı üçün ora girişçıxış yolu müəyyən edilməmişdir. Bu da İddiaçı mülkiyyət hüquqlarını pozulmasına səbəb olmuşdur.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-152.5, 157.2, 157.8, 158.2, 175-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

17. Hakim saxtakarlığa yol verərək məhkəmənin vaxtı və yeri barədə cavabdehi lazımi qaydada xəbərdar etməyərək bir gündə, yəni 11 iyul 2019-cu il tarixdə qətnamə və əlavə qətnamə qəbul etməklə cəfəngiyat bir fikrə gələrək mülki-prosessual qanunvericiliyə uyğun olmayaraq bir tarixlə qətnamələr qəbul etməklə saxtakarlığını davam edərək 22 noyabr 2019-cu il tarixli göndəriş məktubunda cavabdehin ünvanını ünvan 1sə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 90, mənzil 3-ü göstərərək birbaşa saxtakarlıqla açıq-aşkar büruzə vermişdir. Qeyd edilən qətnamədə xx.xx.2016-cı il tarixli qətnamə sübut kimi göstərilərək nəzərə alınmamışdır ki, həmin qətnamədən cavabdehin xəbəri fevral ayı 2020-ci ildə xəbər tutaraq rəsmi qaydada Ədliyyə Naziri Fikrət Məmmədova müraciət olunaraq qətnaməni qəbul etmiş hakimin və icra şöbəsi məmuru barəsində onların öz səlahiyyətlərini aşaraq saxtakarlıq yolu ilə guya, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan torpaq alınaraq protokolla iddiaçıya təhvil verilmişdir, baxmayaraq ki, həmin qətnamədən və icra vərəqəsindən onun xəbəri olmamış və o heç bir sənəd-protokollara imza etməmişdir. Qətnamənin 2-ci səhifəsində X8 X2 sektorunun xx.xx.2019-cu il tarixli saxta rəyindən göründüyü kimi guya iddiaçıya məxsus torpaq sahəsində onun tərəfindən gilas, alma, armud və digər ağaclar əkilərək qulluq edilərək məhsul götürə bilməməsi səbəbindən ondan qətnamədə göstərilən məbləğ tutulması qət edilmişdir. Hakim yerli baxış keçirilməyərək məhkəmə zalından 2-ci Nüqədi kəndində yerləşən torpaq sahəsini hansısa üsulla görərək iddiaçının tələbi üzrə nəticəyə gələrək, nəzərə almamışdır ki, onun tərəfindən 2008-ci ildən həmin torpaq sahəsi əldə edilərək aqranom X4 (070 726-70-11) və ağaclara qulluq edən Eldar Ələkbərov (050 311-20-23, 051 412-25-90) və digər fəhlələrdə (Mətləb 070 590-71-11) sübut edə bilərlər ki, həqiqətən də onun tərəfindən mübahisəli torpaq sahəsində ağaclar əkilərək və qulluq edilərək 2019-cu il tarixdən demək olar ki, yenicə az da olsa məhsul yığımı başlanmışdır. Əsas məqam ondan ibarətdir ki, məhkəmə qəsdən iddiaçıya mülki normanı izah etməyərək onun faktiki istifadəsində olan torpaq sahəsinə keçid verilməsi üçün nəzərdə tutulmuş sahəyə görə müvafiq dəyər real bazar qiyməti ilə ödənilməsini və bu barədə tərəflər arasında razılaşma olmadığından və hazırda onun qətnamədən xəbəri olmamasını, eləcə də hazırki vəziyyətdə iddiaçıya mülkiyyətçi olaraq ictimai yola zəruri keçidin açılması vacib əhəmiyyət daşıdığından, mübahisənin hazırkı qaydada həll edilməsi sosial ədalətin bərpasına, tərəflər arasında hansısa barışığın olmaması eləcə də iddiaçı tərəfindən süni şəkildə qanunvericiliyə uyğun olmayaraq cavabdehdən pul məbləğinin istənilməsi və torpaq sahəsinə zəruri keçidin verilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinə görə əvəzin ödənilməsi, başqa sözlə kompensasiya verilməsini yenidən məhkəməyə müraciət olunması məsələsi açıq qalaraq və labüddür.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

20. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir.

21. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

22. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 14.2 və 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

28. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

29. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

30. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1 və 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1407/2019 nömrəli qətnaməsi və əlavə qətnaməsinin ləğv edilməsi iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

45. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və əlavə qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1407/2019 nömrəli qətnaməsi və əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

47. İşin hallarına görə iddiaçı pul tələbinə və zəruri keçidin (gediş gəliş yolunun) ayrılmasına dair iddia ilə müraciət edərkən ona istinad etmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Quba rayonu İİ Nügədi kəndində yerləşən 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən MN seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilərək, 1N-2287 seriyalı KOD-30320018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, İİ Nügədi kəndində ləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehdən alınaraq ona geri qaytarılması qət edilmiş və həmin qətnamə icra olunmuşdur. İddiaçının iddiasını görə cavabdeh ona məxsus torpaq sahəsindən istifadə edib yararlanmaqla onu əldə edə biləcəklərindən məhrum etmişdir, ona görə də ona 10000 manat ödəməlidir.

48. Halbuki iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-52/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh, X1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin geri qaytarılması və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmiş və həmin qətnamə qüvvəyə minmişdir.

49. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

50. O ki qaldı iddia tələbinin digər hissəsi olan gediş-gəliş yolunun (zəruri keçidin) ayrılmasına dair tələbə, bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 175.2-ci maddəsində imperativ qaydada göstərilmişdir ki, sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir.

51. Belə olan halda kollegiya apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçı yalnız kompensasiya verilməklə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçidin ayrılmasını tələb edə bilər.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1407/2019 nömrəli qətnaməsi və əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1407/2019 nömrəli qətnaməsi və əlavə qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar