Məhkəmə qərarları › İş №2(027)-1371/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1371/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1371/2023 27.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Vesyəl Surxay oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X6 və Cavabdeh2 qarşı qarşı “kredit borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 703,85 manat əsas borc, 254,64 manat faiz borcu, cəmi 958,49 (doqquz yüz əlli səkkiz manat qırx doqquz qəpik) manat borc məbləğinin və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Digah kənd sakini Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 1317 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə illik 27%-lə heyvandarlığın inkişafı məqsədilə 1500,0 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fiziki şəxs Cavabdeh2 arasında 27 fevral 2014-cü il tarixli 424 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilənin şərtlərinə görə zamin borclu Cavabdeh1 Təşkilat qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə cavabdeh götürür. Kredit müqaviləsinə əlavə Cavabdeh1 qrafıkə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 796,15 manat əsas borcdan, 455,85 manat isə faiz borcundan ödəmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 703,85 manat, faiz borcu 254,64 manat, cəmi borcu 958,49 (doqquz yüz əlli səkkiz manat qırx doqquz qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi borcunu ödəməmişdir. Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı QSC BOKT-a zərər vurmuşdur. Bu isə həm Cavabdeh1 həm də zaminin Kredit Təşkilatı qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh borcundan 100 manat ödəniş etmişdir.Hazırda cavabdehin kredit müqviləsi üzrə 603,85 manat əsas və 254,64 manat faiz borcu qalımışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X6 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının mümayənədsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1317 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Xaçmaz filialı tərəfindən 12 ay müddətinə illik 27% ödəmək şərti ilə X5 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. - xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından kredit götürmüş «Borc alan» X3 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. -xx.xx.2014-cü il tarixli xəbəradrlıq məktubundan görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. -xx.xx.2017-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərə 3 gün müddətinə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına xx.xx.2023-cü il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, X3 xx.xx.2014-cü il tarixli kredit müqviləsi üzrə 603,85 manat əsas və 254,64 manat faiz borcu vardır. -xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçınn nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, kreditin əsas məbləğindən 603,85 manat, əsas məbləğə hesablanmış faiz borcundan 254,64 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 alınaraq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli 1317 nömrəli kredit müqaviləsinə əsasən X5 İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən 12 ay müddətinə illik 27% dərəcəsi ilə ödəmək şərti ilə 1500 manat məbləğində kredit verilmiş, həmin müqaviləyə əlavə edilmiş ödəniş qrafikində kreditin ödəmə müddətləri aprel 2014-mart 2015-ci il tarixləri göstərilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Səhmdar Kredit Təşkilatından kredit götürmüş «Borc alan» X3 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Həmin zaminlik müqavləsinin 6.1-ci bəndində müqavilənin borcalanın bank qarşısındakı öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 27 fevarl 2014-cü il tarixli zaminlik müqaviləsində isə zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmişdir. Zaminlik müqaviləsinin 6.1-ci bəndində zaminlik müqaviləsinin qüvvədə qalma əsası kimi göstərilən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməsi zaminliyin verilmə müddətinin təyin olunması kimi qəbul oluna bilməz. Belə ki, zaminlik müqaviləsində zaminlik müddəti konkret təqvim tarixi, illər, aylar, həftələr, günlər və saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən olunmamışdır. Əksinə həmin müddət qeyri-müəyyən halla bağlanmışdır ki, həmin halın, yəni müqavilənin icrasının nə vaxt həyata keçiriləcəyi aydın deyildir. Belə olan halda məhkəmə hesab edir ki, 27 fevral 2014-cü il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilməmiş, başqa sözlə zaminliyin verilmə müddəti təyin edilməmişdir. Bu da zaminliyə xitam verilməsi üçün qanunda göstərilən əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 27 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının çatdığı gün xx.xx.2015-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni İddiaçı Səhmdar Kredit Təşkilatı həmin gündən başlayaraq bir il ərzində zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 27 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən zamin Cavabdeh2 qarşı iddia irəli sürülməmişdir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh2 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh2 digər cavabdeh X3 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zamin Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 603,85 manat əsas və 254,64 manat faiz olmaqla, cəmi 858,49 (səkkiz yüz əlli səkkiz manat qırx doqquz qəpik) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar