Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-138/2022 04.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11900 (on bir min doqquz yüz) manat əsas borc, 1784 (bir min yeddi yüz səksən dörd) manat faiz borcu, cəmi 13684 (on üç min altı yüz səksən dörd) manat və 3000 (üç min) ABŞ dolları əsas borc, 450 (dörd yüz əlli) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3450 (üç min dörd yüz əlli) ABŞ dolları, ödəniləcək günə Azərbaycan manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia ərizəsinin müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 11900 manat və 3000 ABŞ dolları borc almışdır. 04 fevral 2019-cu il tarixdə qəbzə imza atmaqla 11900 manat və 3000 ABŞ borcunun olmasını etiraf etmişdir. Bu illər ərzində cavabdeh ona xeyli ziyan vurmuş, belə ki, o lombard müdiriyəsidir. Həmin pulu lombarda faizə versəydi xeyli gəlir əldə edə bilərdi. Artıq cavabdeh xeyli gəlirini onun əlindən çıxarmışdır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də cavabdeh pulu geri qaytarmamışdır. Bunadan əlavə cavabdeh Milli bankın uçot dərəcəsinə uyğun olaraq həmin dövr üçün faiz ödəməlidir. Beləliklə ən aşağı uçot dərəcəsi ilə götürsək 11900 manat əsas borca görə bu illər ərzində 1784 manat ödəməlidir. 3000 ABŞ dollarına görə faiz dərəcəsi ən aşağı faiz dərəcəsi ilə yəni 7,5 % dərəcəsi hesablanmaqla 450 ABŞ dolları təşkil edir. Cavabdehdən 11900 manat əsas borc və 1784 manat faiz borcu eyni zamanda 3000 ABŞ dolları əsas və 450 ABŞ dolları faiz borcu məbləğində pul tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 11900 (on bir min doqquz yüz) manat əsas borc, 1784 (bir min yeddi yüz səksən dörd) manat faiz borcu, cəmi 13684 (on üç min altı yüz səksən dörd) manat və 3000 (üç min) ABŞ dolları əsas borc, 450 (dörd yüz əlli) ABŞ dolları faiz borcu, cəmi 3450 (üç min dörd yüz əlli) ABŞ dolları, ödəniləcək günə Azərbaycan manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh bildirmişdi ki, o, İddiaçı borc pul almayıb, Yeganə adlı şəxsdən borc pul alıb və həmin borcu da qaytarıb. İş materiallarına əlavə edilmiş qəbzdə olan imza ona aid deyil, sadəcə onun imzasına oxşadıblar. İş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.01.2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh müxtəlif tarixlərdə İddiaçı, cəmi 11900 (on bir min doqquz yüz) manat və 3000 (üç min) ABŞ dolları borcu olduğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsiylə əlaqədar 30 manat rüsum ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-yi BPQQMİ-nin MAPS şöbəsinin arayışından məlum olur ki, Cavabdeh Quba rayonu Vladimirovka kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə-xətşünaslıq ekspertizası) 18.03.2022-ci il tarixli 4/365 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində Cavabdeh adına olan olan 04.01.2019-cu il tarixli qəbzin sonundakı “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh cəmi 11900 (on bir min doqquz yüz) manat və 3000 (üç min) ABŞ dolları qaytarmaq şərti ilə borc pul vermiş və hazırda əsas borcu və həmin borca Milli Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmış faizləri cavabdehdən tələb edir. Cavabdeh həmin borcu İddiaçı aldığını etiraf edən qəbzi imzasıyla təsdiq etmiş, borcu isə qaytarmamışdır. Tərəflər arasında müqavilə olmamışdır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11900 (on bir min doqquz yüz) manat və 3000 (üç min) ABŞ dolları əsas borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11900 (on bir min doqquz yüz) manat və 3000 (üç min) ABŞ dolları əsas borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-138/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-138/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver