Məhkəmə qərarları › İş №2(027)-138/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-138/2024

16.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-138/2024 16.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı əmlakın cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçın oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin 5 saylı Ərizi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarış və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən torpaq sahəsindən cavabdeh X3 qeyri-qanuni sahibliyindən götürülərək ona verilməsi və onun tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Quba rayon AİK-nın 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Quba rayonu, Qaraçay kəndi ərazisindən "Torpağa mülkiyyət hüququna dair JN2183 KOD 30319018 nömrəli Dövlət Aktına əsasən mülkiyyətimə 0.21 ha torpaq sahəsi ayrılmışdır. Keçən müddət ərzində torpaq sahəsindən istifadə etmişdir. Lakin cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan mülkiyyətçidən torpaq sahəsini aldıqdan bir müddət sonra qeyri-qanuni onun mülkiyyətində olan torpaq sahəsini də zəbt edərək, istifadə etdiyi üçün məsələni araşdırmaq məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə mülkiyyətində olan 0.21 ha torpaq sahəsinin yerində - naturada tanıdılması məqsədilə müraciət etmək məcburyyətində qalmışdır. Dövlət rüsumunu ödədikdən sonra 02 dekabr 2022-ci il tarixli AKT-la mülkiyyətində olan torpaq sahəsində GPS aləti vasitəsi ilə ölçü işləri aparılmış və ərazinin koordinatları müəyyənləşdirilməklə ona təhkim olunmışdır. Eyni zamanda torpaq sahəsinin yüklülüyünə dair Arayış da verilmişdir. Sonradan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin 5 saylı Ərizi İdarəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023cü il tarixli Çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənilmiş və həmin sənədlərə əsasən 0.21 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, cavabdehə müraciət edərək könüllü ona məxsus torpaq sahəsindən istifadəsinə son qoyaraq zəbt etdiyi torpaqdan çıxmasını xahiş etmişdir. Lakin cavabdeh ona məxsus daşınmaz əmlakdan qanunsuz istifadə etməsinə davam edərək, mülkiyyət hüquqlarını həyata keçirməyinə imkan vermir. Qanunsuz əməllərinə son qoymağı barədə növbəti xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsini mütəxəssislər ölçüb vermişdir. 10 ildir ki, orada ağaclar əkib becərmişdir. Hesab edir ki, o, iddiaçının tələb etdiyi həmin torpaq sahəsindən çıxarsa, bu zaman ora çəkdiyi xərclər iddiaçı tərəfindən ona ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-2183 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, X7 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə 0,21 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********77 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü tarixli Çıxarışdan görünür ki, Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0,21 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №li, reyestr nömrəsi **********30 olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,21 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X1 adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının 3-16-16/2-10/1798 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********77 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü tarixli Çıxarışla İddiaçı verilmiş 0,21 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №li, reyestr nömrəsi **********30 olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli Çıxarışla cavabdeh X4 verilmiş 0,21 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №li, reyestr nömrəsi **********30 olan qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli Çıxarışla Cavabdeh verilmiş 0,21 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçı məxsus 0,21 ha torpaq sahəsinin 0.1430 ha hissəsi cavabdeh X5 tərəfindən çoxillik əkmə kimi, qalan hissəsi isə digər şəxs və ya şəxslər tərəfindən əkin kimi istifadə olunur. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, işdəki sübutlarla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********77 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,21 ha torpaq sahəsinin cavabdeh X5 tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə olunması sübuta yetirilir. Ona görə də cavabdeh qanunsuz istifadə etdiyi iddiaçıya məxsus 0,21 ha torpaq sahəsindən çıxarılmalı və onun tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fizki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X10 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X9 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu qanun normasına görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün həmin əmlak şəxsin mülkiyyətində olmalı, bu əmlak başqasının sahibliyində olmalı və başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********77 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,21 ha torpaq sahəsinin cavabdeh X3 istifadəsində olan 0,1430 ha hissəsi qeyri-qanuni sahibliyindən götürülərək İddiaçı verilməli və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul cavabdeh X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1798 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak eldən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********77 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,21 ha torpaq sahəsinin cavabdeh X3 istifadəsində olan 0,1430 ha hissəsi qeyriqanuni sahibliyindən götürülərək İddiaçı verilsin və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat cavabdeh X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar