Məhkəmə qərarları › İş №2(027)-1380/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1380/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1380/2023 13.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı Əfsan qızının, Onun nümayəndəsi kimi vəkili X9, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əfsan qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Əfsan qızı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 55 (əlli beş) manat məbləğində rüsumunun alınaraq İddiaçı Əfsan qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-Cİ il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-C1 il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılınası üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 verilməsi qət olunmuşdur. Belə ki, hal-hazırki, dövrdə Quba Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 300 (üç yüz) manat sabit pul məbləğində aliment iki uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Maddi vəziyyəti ağırdır. Uşaqları saxlamağa imkanı çatmır. Uşaqlar böyüdükcə maddi xərcləri də artır. Dövlət tərəfindən 2023-cü il üçün bir uşağa aylıq 220 (iki yüz iyirmi) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət edilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 55 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Övladlarının hər ikisi məktəblidir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Alimenti ödəməyə tam imkanı çatır. Məhkəmə iclasında İddiaçı Əfsan qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Əfsan qızının nümayəndəsi kimi vəkili X16 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, oğlu Rusiya Federasiyasında işləyir 20000 rubl maaş alır. Hər uşağa 150 manat alimen qət edilmişdir və hal-hazırda oğlu xəstədir, müalicəyə ehtiyacı vardır. Tələb olunan məbləğdə ödəniş etmək imkanı yoxdur. Hər uşağa 170 manat aliment ödəmək iqtidarında ola bilər. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-224/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, X13 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmalı və akt qeydləri kitabındakı 0167 saylı nikah qeydi ləğv edilməsi;Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X12 anaları - X7 yanında qalması müəyyən edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin X7 xeyrinə tutulması və aliment tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 406945 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əfsan qızı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində bağlanmış 0167 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 64 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİİ 601748 saylı ”Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə Quba rayonunda anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 884817 saylı ”Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2016-cı il tarixdə Quba rayonunda anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan X8 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027- 2023-00451 saylı arayışına əsasən, Cavabdeh X8 iştirak etməkdən yazılı şəkildə imtina etmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 55 manat vəsaiti İddiaçı Əfsan qızı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağların gündəlik tələbatının artmasını əsas götürərək, aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat Cavabdeh tutularaq ona vetilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin hər birinə 200 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdeh tərəf iddia tələbinə etirazın əsaslarına dair dəlil təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək bir müddət keçməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə valideynlərin hər ikisinin uşaqların maddi tələbatlarının qarşılamaq öhdəliklərinin olmasını nəzərə alaraq alimentin hər uşağa görə 200 manat məbləği həddində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddia ilə həmçinin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 55 (əlli beş) manat rüsumun alınıb cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 32 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-224/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X12 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Əfsan qızının xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 55 (əlli beş) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Əfsan qızının xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar