Məhkəmə qərarları › İş №2(027)-1383/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1383/2020

02.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1383/2020 02.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən İddiaçı-yə vurulmuş 2403,66 manat dəymiş zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində səhvən başqa şəxs X2 adı və soyadı qeyd edildiyini bildirib, Cavabdeh2403,66 manat dəymiş zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı X1 Zülfüqar Səməndər oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********00230 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh evində qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri qanuni istifadə edilməsi aşkar olunmuşdur: xx.xx.2018- ci il tarixdə sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğuna görə ona ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 352.80 (üç yüz əlli iki manat səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. xx.xx.2018-ci il .tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, akt tərtib edilərək 448.56 (dörd yüz qırx səkkiz manat əlli altı qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. xx.xx.2018-ci il tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 493.92 (dörd yüz doxsan üç manat doxsan iki qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. xx.xx.2018-ci il tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və ona 156.24 (bir yüz əlli altı manat iyirmi dörd qəpik) manat məbləğində dəymiş ziyan hesanlanmışdır. xx.xx.2018-ci il tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və ona 219.24 (iki yüz on doqquz manat iyirmi dörd qəpik) manat məbləğində dəymiş ziyan hesanlanmışdır. xx.xx.2018-ci il tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və ona 78.12 (yetmiş səkkiz manat on iki qəpik) manat məbləğində dəymiş ziyan hesanlanmışdır. xx.xx.2019-cu il tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və ona 194.04 (bir yüz doxsan dörd manat dörd qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır Ümumilikdə dəymiş ziyan 1942.92 (bir min doqquz yüz qırx iki manat doxsan iki qəpik) manat təşkil edir. Bundan əlavə Cavabdeh istifadə etdiyi təbii qaza görə 460.74 (dörd yüz altmış manat yetmiş dörd qəpik) manat ödənilməmiş borcu qalmışdır. Cəmi: 2403.66 (iki min dörd yüz üç manat altmış altı qəpik) manat təşkilk edir.İddiaçı tərəfindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, abonent borcu hələ də ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla və debitor borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəbdən Cavabdeh tərəfindən İddiaçı-yə vurulmuş 2403,66 manat dəymiş zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu AR MPM-nin 53- cü maddəsinin tələblərinə uyğun olaraq, 2 (027)- 1383/2020 saylı mülki iş üzrə xx xxxxxxx 2020-ci il tarixdə Məhkəməyə ərizə ilə müraciət edərək bildirdiki, Cavabdeh qarşı qaldırılan iddia ərizəsində xahiş edirəm hissəsində mexaniki səhv olaraq X2 adı, soyadı və ata adı qeyd olunmuş və həmi hissədə “X2 adı, soyadı və ata adı” əvəzinə” Cavabdeh”ndan 2403,66 manat dəymiş zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, ölkədə baş vermiş pandemiya ilə əlaqədar müəyyən vaxtlarda işlə bağlı problemləri yarandığına görə maddi vəziyyəti çətinləşmiş qaza olan borcunu qaytara bilməmişdir. Həmin borcun hissə-hissə qaytarılması üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunu və Cavabdeh dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan «qazın alqı satqısı haqqında»xx.xx.2019-cu il tarixli 24627- 03.19 nömrəli müqavilədən görünür ki, İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh arasındaqazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı-nin X5 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli tələbnaməylə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 352,80 manat, xx.xx.2018-ci il tarixli tələbnaməylə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 448,56 manat, xx.xx.2018-ci il tarixli tələbnaməylə xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 493,92 manat, xx.xx.2018-ci il tarixli tələbnaməylə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 156,24 manat, xx.xx.2018-ci il tarixli tələbnaməylə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 219,24 manat, xx.xx.2018-ci il tarixli tələbnaməylə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 78,12 manat, xx.xx.2019-cu il tarixli tələbnaməylə xx.xx.2019-cu il tarixli 195689 saylı akta əsasən 194,04 manat məbləğində Cavabdeh borcu yaranmışdır. İş materiallarında olan İddiaçı-nin X5 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2018ci il tarixli tələbnamənin surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 1764 m3, xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2242.8 m3, xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2469,6 m3, xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 781,2 m3, xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2192,4 m3, xx.xx.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 781,2 m3, xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 1940,4 m3, qaz sərfiyyat müəyyən edilmişdir. .Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2009-cu il tarixli 207 saylı Fərmanın 3cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft şirkəti təbii qazın dəyərini tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında”Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı İstehsalat Birliyi qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər keçirsinlər. Məhkəmədə iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş söbutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1942.92 (bir min doqquz yüz qırx iki manat doxsan iki qəpik) manat dəymiş zərər və istifadə etdiyi təbii qaza görə 460.74 (dörd yüz altmış manat yetmiş dörd qəpik) manat ödənilməmiş borcu, cəmi: 2403.66 (iki min dörd yüz üç manat altmış altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 1942.92 (bir min doqquz yüz qırx iki manat doxsan iki qəpik) manat dəymiş zərər, istifadə etdiyi təbii qaza görə 460.74 (dörd yüz altmış manat yetmiş dörd qəpik) manat ödənilməmiş borc, cəmi: 2403.66 (iki min dörd yüz üç manat altmış altı qəpik) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar