Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1384/2020 25.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2655.98 (iki min altı yüz əli beş manat doxsan səkkiz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2685.98 manat pulun tutularaq İddiaçı-nin ABB Sabunçu filialı. Kod 805573. VÖEN **********, M/H AZ33NABZ********************, SWİFT BİK İBAZAZ2X. İddiaçı İB, VÖEN99000016S1, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı" İstehsalat Birliyi Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********04820 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh evində qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri qanuni istifadə edilməsi aşkar olunmuşdur: 1. xx.xx.2018-ci il tarixdə sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğuna görə ona “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq 581.28 (beş yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. 2. xx.xx.2018-ci il tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, akt tərtib edilərək dəymiş ziyan 405 (dörd yüz beş) manat məbləğində dəymiş ziyan hesablanmışdır. 3. xx.xx.2018-ci il tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 84 (səksən dörd) manat məbləğində dəymiş ziyan hesablanmışdır. 4.xx.xx.2019-cu il tarixdə yoxlama zamanı sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, 136.80 (bir yüz otuz altı manat səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Ümumilikdə dəymiş ziyan 1207.08 (bir min iki yüz yeddi manat səkkiz qəpik) manat təşkil edir. Bundan əlavə Cavabdeh istifadə etdiyi təbii qaza görə 1448.09 (bir min dörd yüz qırx səkkiz manat doqquz qəpik) manat ödənilməmiş borcu qalmışdır. Cəmi 2655.98 (iki min altı yüz əlli beş manat doxsan səkkiz qəpik) manat təşkil edir. Tərəflərindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq, abonent tərəfindən borc hələ də ödənilməmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla və debitor borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı İstehsalat Birliyinin nümayəndəsi iddia tələbini müdafiə etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı Aktdan görünür ki, abonent qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edir və iş materiallarında olan fotoşəkillərə əsasən, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyi sübuta yetirilir. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 25393-10-19 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan **********04820 kodlu abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2019-cu il üzrə ümumilikdə 1207,08 manat məbləğində qaz sərfiyyatı borcu vardır. İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh tərəfindən 1368 m3 qaz sərfiyyatı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 5.2-ci bəndində göstərilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal İddiaçı əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır. İş materialları ilə sübuta yetirilir ki, Cavabdeh 2019-cu il üzrə 2655.98 (iki min altı yüz əli beş manat doxsan səkkiz qəpik) manat məbləğində borcu vardır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 2655.98 (iki min altı yüz əli beş manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı İstehsalat Birliyinin bank hesabına ödənilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2655.98 (iki min altı yüz əli beş manat doxsan səkkiz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2685.98 manat pulun tutularaq İddiaçı-nin ABB Sabunçu filialı. Kod 805573. VÖEN **********, M/H AZ33NABZ********************, SWİFT BİK İBAZAZ2X. İddiaçı İB, VÖEN99000016S1, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1384/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1384/2020
25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver