Məhkəmə qərarları › İş №2(027)-1384/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1384/2022

16.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1384/2022 16.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən bağlanmış, JN-106F KOD 30325038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onun həmkəndlisidir. Yaşadıqları Quba rayonu, Yenikənd kəndində JN-106F KOD 30325038 saylı torpağın mükiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi cavabdehin, mərhum anası Nazbikə Dərgahovanın və oğlu Ortac Dərgahovun adına olan torpaq sahəsinin qonşuluğundadır. Onun evinə gediş-gəliş yolu həmin torpaq sahəsinin yanından keçir. Həmişə bu yoldan istifadə etmişlər. Yolun eni 3-4 metrdir. Bu yol Yenikənd kəndinin həyətyanı torpaq sahələrinin sxemində də əks olunmuşdur. Sxemdə onların həyətyanı torpaq sahələri 106-cı, Cavabdeh yaşadığı evin həyətyanı torpaq sahəsi isə 123-cü nömrə ilə qeyd olunmuşdur. Cavabdeh 2018-ci ilin fevral ayında onların həyətyanı torpaq sahələrinə gələn yolu dəmir torla bağlamışdır. Bu barədə Quba rayon Polis Şöbəsində iki dəfə araşdırma aparılmışdır. Həmin araşdırmalar nəticəsində aydın olmuşdur ki, həmin mübahisəli ərazi Cavabdeh yaşadığı həyətyanı torpaq sahəsinə daxil deyildir, kənddaxili yoldur. Araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə verilmiş sorğuya əsasən yola baxış keçirilmiş və 03 iyun 2020-ci il tarixli, **********45 nömrəli məktubla bildirilmişdir ki, sözü gedən torpaq sahəsi gediş-gəliş yolu kimi əks olunmuşdur. Dəfələrlə Cavabdeh hasarladığı ərazinin yol olduğunu bildirsələr də, cavabdeh inadından əl çəkmir, gediş-gəliş yolunu kəsməkdə davam edir. Yolun onun həyətyanı torpaq sahəsinə daxil olması barədə əsassız və təsdiqini tapmayan iddialarla çıxış edir. Ona görə də bu mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X2 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2022-ci il tarixli, 04 saylı qərarına əsasən, Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 106A, KOD 30325038 saylı Şəhadətnamə tərtib edilərək, 0,27 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyə Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X4 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2022-ci il tarixli, 04 saylı qərarına əsasən, Torpağa Mülkiyyət Hüququna dair JN-0099, KOD 30325038 saylı Dövlət Aktı tərtib edilərək, 1.91 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-106F KOD 30325038 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə gediş-gəliş yolu üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur. Torpağın mülkiyyətə verilməsinə dair JN-106F KOD 30325038 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yenikənd kəndində yerləşən həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gediş-gəliş yolu ilə Torpağın Mülkiyyət Hüququna Dair JN-0099, xx.xx.2003-cü il tarixli Dövlət Aktına əsasən X4 məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən 1.91 ha torpaq sahəsi üst-üstə düşmür. İş üzrə təyin edilmiş Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/3672 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmilş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-106F KOD 30325038 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə gediş-gəliş yolu üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcuddur. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmilş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-106F KOD 30325038 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yenikənd kəndində yerləşən həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gediş-gəliş yolu ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0099, xx.xx.2003-cü il tarixli Dövlət Aktına əsasən X4 məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən 1.91 ha torpaq sahəsi üst üstə düşmür. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, X2 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2022-ci il tarixli, 04 saylı qərarına əsasən, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-106A, KOD 30325038 saylı Şəhadətnamə tərtib edilərək, 0,27 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. X4 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2022-ci il tarixli, 04 saylı qərarına əsasən, Torpağa Mülkiyyət Hüququna dair JN-0099, KOD 30325038 saylı Dövlət Aktı tərtib edilərək, 1.91 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş edilmiş Məhkəmə Tikinti- Texniki Ekspertizasının 10/3672 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə, “Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-106F KOD 30325038 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə gediş-gəliş yolu üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə mövcud olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmilş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-106F KOD 30325038 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, Yenikənd kəndində yerləşən həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gediş-gəliş yolu ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0099, xx.xx.2003-cü il tarixli Dövlət Aktına əsasən X4 məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən 1.91 ha torpaq sahəsi üst üstə düşmədiyi müəyyən edilmişdir. İş üzrə keçirilmiş mütəxəssis rəyi və ekspert rəyləri ilə, iş materialları ilə, iddiaçının mülkiyyətində olan Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə gediş-gəliş yolu üzrə cavabdeh tərəfindən faktiki olaraq istifadə olunması sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Cavabdeh tərəfindən bağlanmış JN-106F KOD 30325038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçı X1 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gediş-gəliş yolu açılmalıdır. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən bağlanmış JN-106F KOD 30325038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçı X1 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən yaşayış evinə gediş-gəliş yolu açılsın. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu: 210005, VÖEN **********,MH:AZ41NABZ********************,SFİFT:CTREAZ22,Hesab:AZ34CTRE*********** *********) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar