Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1386/2021 22.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı-nin cavabdeh Səmədova (Əhmədova) Elanə Elmar qızına qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 21.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50174 olan Samsung galaxy A10 markalı telefon üçün 344 (üç yüz qırx dörd) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə; 27.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********54230 olan HOFFMAN X Prime markalı telefon üçün 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə; 27.10.2019-cu il tarixli müqavilə üzrə Samsung Soyuducu üçün 1095 (bir min doxsan beş) manat ödənilməmiş hissə, 109 (bir yüz doqquz) manat cərimə borcu olmaqla, cəmi 1740 (bir min yeddi yüz qırx) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Səmədova (Əhmədova) Elanə Elmar qızından alınaraq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Səmədova (Əhmədova) Elanə Elmar qızının İddiaçı ilə bağlanmış 21.08.2019-cu il, 27.10.2019-cu il və 27.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********50174 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********54230 olan HOFFMANN X Prime markalı telefon, Samsung Soyuducu almış və nəticədə 1740 (min yeddi yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı 460 (dörd yüz altmış) manat (20 ayx23 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********50174 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla ondan, 344 (üç yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə miqdarında borc yaranmışdır. 27.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 192 (yüz doxsan iki) manat (12 ay x 16 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********54230 olan HOFFMANN X Prime markalı telefon üçün ümumilikdə, 158 (yüz əlli səkkiz) manat olmaqla ondan, 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə; 27.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1314 (üç min yüz on dörd) manat (18 ay x 73 manat + 0 manat ilkin ödəniş) olan Samsung Soyuducu üçün ümumilikdə, 1204 (min iki yüz dörd) manat olmaqla ondan, 1095 (min doxsan beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 109 (yüz doqquz) manat cərimə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 383 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh Səmədova (Əhmədova) Elanə Elmar qızı arasında bağlanmış 21 avqust 2019-cu il tarixli müqaviləyə əsasən Səmədova (Əhmədova) Elanə Elmar qızı İddiaçı-dən Samsung galaxy A10 markalı telefon almışdır. Həmin müqavilə üzrə 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla ondan, 344 (üç yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə miqdarında borc yaranmışdır. İddiaçı ilə cavabdeh Səmədova (Əhmədova) Elanə Elmar qızı arasında bağlanmış 27 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Səmədova (Əhmədova) Elanə Elmar qızı İddiaçı-dən HOFFMAN X Prime markalı telefon almışdır. Həmin müqavilə üzrə 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla ondan, 158 (yüz əlli səkkiz) manat olmaqla ondan, 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə miqdarında borc yaranmışdır. İddiaçı ilə cavabdeh Səmədova (Əhmədova) Elanə Elmar qızı arasında bağlanmış 27 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Səmədova (Əhmədova) Elanə Elmar qızı İddiaçı-dən Samsung Soyuducu almışdır. Həmin müqavilə üzrə 378 (üç yüz yetmiş səkkiz) manat olmaqla ondan, 1204 (min iki yüz dörd) manat olmaqla ondan, 1095 (min doxsan beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 109 (yüz doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 383 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 20 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 21.08.2019-cu il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 378 manat, 27.10.2019-cu il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 158 manat və 27.10.2019 cu il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 1204 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Səmədova (Əhmədova) Elanə Elmar qızı arasında bağlanmış 21.08.2019-cu il tarixli müqavilədən görünür ki, Səmədova (Əhmədova) Elanə Elmar qızı İddiaçı-dən İMEİ kodu **********50174 olan Samsung galaxy A10 markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Səmədova (Əhmədova) Elanə Elmar qızı arasında bağlanmış 27.10.2019-cu il tarixli müqavilədən görünür ki, Səmədova (Əhmədova) Elanə Elmar qızı İddiaçı-dən İMEİ kodu **********54230 olan HOFFMAN X Prime markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Səmədova (Əhmədova) Elanə Elmar qızı arasında bağlanmış 21.08.2019-cu il tarixli müqavilədən görünür ki, Səmədova (Əhmədova) Elanə Elmar qızı İddiaçı-dən Samsung Soyuducu almışdır. Ərizəyə əlavə olunmuş 07.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Səmədova (Əhmədova) Elanə Elmar qızına müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna maüriət olunacağı bildirilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «ABC Telecom” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, cavabdeh Səmədova (Əhmədova) Elanə Elmar qızı üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 291 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 21.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********50174 olan Samsung galaxy A10 markalı telefon üçün 344 (üç yüz qırx dörd) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə; 27.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********54230 olan HOFFMAN X Prime markalı telefon üçün 144 (bir yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə; 27.10.2019-cu il tarixli müqavilə üzrə Samsung Soyuducu üçün 1095 (bir min doxsan beş) manat ödənilməmiş hissə, 109 (bir yüz doqquz) manat cərimə borcu olmaqla, cəmi 1740 (bir min yeddi yüz qırx) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Səmədova (Əhmədova) Elanə Elmar qızından alınaraq İddiaçı-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1386/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1386/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver