Məhkəmə qərarları › İş №2(027)-1389/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1389/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1389/2021 22.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(027)-2022/2019 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 oktyabr 2012-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 22 may 2012-ci il tarixdə X6 adlı, 10 aprel 2014-cü il tarixdə X4 adlı uşağları doğulmuşdur. Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri yaxşı olsa da, daha sonra pisləşmişdir. Bu səbəbdən də 2013-cü il tarixdən uşağları ilə birlikdə valideynlərinin yanında qalır. Quba Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli 2(027)-1066/2015 saylı qətnaməsi ilə 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra qət edilmiş aliment məbləği uşaqların təminatı ödəməmişdir. Ona görə də, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(027)-2022/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikahılarından doğulmuş 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli 2(027)- 1066/2015 saylı qətnaməsində müəyyən edilmiş aliment miqdarı artırılmaqla, Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq o, İddiaçı verilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləği ilə uşağlara baxmaq olmur. Uşaqlar məktəblidir. Hazırda oğlu Natiq İİİ sinifdə, qızı Leyla isə İ sinifdə oxuyur. Onların ehtiyacı günü-gündən artır. Cavabdeh əmək qabiliyyətlidir, pul qazanmaq uşaqlarına baxmaq üçün maddi və fiziki imkanları vardır. Hazırda o, özü heç bir yerdə işləmir. Uşaqlar böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı da artır. Quba Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli, 2(027)- 2022/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki minimum yaşayış tərzindən çox aşağıdır. Həmin qətnamənin çıxmasından artıq üç il ötür. Bu üç il ərzində ərzağın, istehlak xidməti qiymətləri də artmışdır. Aylıq 200 manat məbləğində alimentlə uşağların geyimini belə almaq olmur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkil X8 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 26.10.2015-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan Vladimirovka kənd tam orta məktəbin 11.02.2021-ci il tarixli arayışlarından görünür ki, X4 həmin məktəbin 1-ci sinif şagirdi və X6 isə 3-cü sinif şagirdidir. İş materillarında olan Quba rayon Məhkəməsinin 19.05.2015-cı il tarixli 2-(027)- 1066/2015 saylı qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh birgə nikahından 22.05.2012-ci il tarixdə doğulmuş X1 və 10.04.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 20 aprel 2015-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 75 (yetmiş beş) manat olmaqla, iki uşağa görə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı qərara alınımışdır. İş materillarında olan Quba rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(027)- 2022/2019 saylı qətnaməsi ilə, tərəflərin birgə nikahından doğulmuş 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli, 2(027)-1066/2015 nömrəli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qərara alınımışdır. İş materiallarında olan Quba rayon İİ Nügədi kənd həkim məntəqəsinin 07.07.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 01.07.2021-ci il tarixdə məntəqə müraciət edərkən onun vəziyyəti ağır olmuşdur. Ödəmli hipertonik forma və tənəffüs çatışmamazlığından əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağların tələbatlarını ödəmədiyindən uşağlarının saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(027)-2022/2019 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 22.05.2012-ci il təvəllüdlü X6 və 10.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(027)- 2022/2019 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar