Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1395/2021 30.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********08720 olan “Samsung Galaxy A 30s” markalı telefon üçün 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 167 (bir yüz altımış yeddi) manat dəbbə, 26.01.2020-ci il tarixli müqavilə üzrə “Acer Aspire” markalı komputer üçün 1.610 ( bir min altı yüz on) manat 40 qəpik ödənilməmiş hissə, 482 (dörd yüz səksən iki) manat dəbbə, ümumilikdə 2817 (iki min səkkiz yüz on yeddi) manat 40 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaiti Cavabdeh alınaraq İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı-nin baş direktoru H.F.İsrafilzadə məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 07.11.2019-cu il tarixli və 26.01.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********08720 olan Samsung Galaxy A30s markalı telefon və Acer Aspire kompüter almış və nəticədə 2817.4 (iki min səkkiz yüz on yeddi, qırx qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (12 ay x 62 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********08720 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 725 (yeddi yüz iyirmi beş) manat olmaqla, ondan 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 167 (yüz altmış yeddi) manat dəbbə; 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1814.4 (min səkkiz yüz on dörd, qırx qəp) manat (12 ayx 134.2 manat + 204 manat ilkin ödəniş) Acer Aspire kompüter üçün ümumilikdə, 2092.4 (iki min doxsan iki, qırx qəp) manat olmaqla ondan, 1610.4 (min altı yüz on, qırx qəp) manat ödənilməmiş hissə, 482 (dördyüz səksən iki) manat dəbbə.Cavabdehin cəmi ödədiyi məbləğ 390 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan 26.01.2020-ci il tarixli 20062103 nömrəli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında “Acer Aspire” markalı kompüterin alqı-satqısına dair bağlanmış və malın alqı-satqı qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə ilə 1814.40 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan 07.11.2019-cu il tarixli 01034317 nömrəli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında İMEİ Kodu **********08720 olan Samsung Galaxy A30s markalı telefonun alqı-satqısına dair bağlanmış və malın alqı-satqı qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə ilə 744 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı-yə 26.01.2020-ci il tarixli müqavilə üzrə 1610.4 manat ödənilməmiş hissə, 482 manat dəbbə; 07.11.2019-cu il tarixli müqavilə üzrə 558 manat ödənilməmiş hissə, 167 manat dəbbə; ümumilikdə 2817.4 manat borcu vardır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında İddiaçı-dən kreditlə məhsul almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında ödəniş cədvəli üzrə məhsulun məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan məhsul almasına dair hüququndan istifadə etmiş, məhsulun dəyərini, həmin məbləğdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı nisyə verdiyi məhsulun dəyərini, həmin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmçinin məhkəmə hesab edir ki, 07.11.2019-cu il tarixli müqavilə üzrə əsas borc 558 manat, 26.01.2020-ci il tarixli müqavilə üzrə əsas borc 1610.4 manat, hesablanmış dəbbə pulları tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə pulu 07.11.2019-cu il tarixli müqavilə üzrə 167 manatdan 17 manata, 26.01.2020-ci il tarixli müqavilə üzrə 482 manatdan 32 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərə əsasən və cavabdehin əmlak mənafelərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə təmin edilməli, 07.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********08720 olan “Samsung Galaxy A 30s” markalı telefon üçün 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 26.01.2020-ci il tarixli müqavilə üzrə “Acer Aspire” markalı komputer üçün 1.610 (min altı yüz on) manat 40 qəpik ödənilməmiş hissə, 32 (otuz) manat dəbbə, ümumilikdə 2.217 (iki min iki yüz on yeddi) manat 40 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəməyə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 07.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********08720 olan “Samsung Galaxy A 30s” markalı telefon üçün 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə, 26.01.2020-ci il tarixli müqavilə üzrə “Acer Aspire” markalı komputer üçün 1.610 (min altı yüz on) manat 40 qəpik ödənilməmiş hissə, 32 (otuz) manat dəbbə, ümumilikdə 2.217 (iki min iki yüz on yeddi) manat 40 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaiti Cavabdeh İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1395/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1395/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver