Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1397/2024 27.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətləri nəticəsində avtomobilin təmiri ilə bağlı avtoservisə ödənilmiş 4740 (dörd min yeddi yüz qırx) manatı, cavabdeh tərəfindən törədilmiş yol hərəkət qaydaların pozuntusuna görə ümümilikdə 400 (dörd yüz) manat ödədiyi cərimələrin pulu və 22 fevral 2024-cü il tarixindən 08 mart 2024-cü il tarixinədək (15 gün) cavabdehin hərəkətlərinə görə qazancından məhrum edildiyinə görə 900 (doqquz yüz) manat məbləğin ümumilikdə 6040 (altı min qırx) manat məbləğin və ödənilmiş 80.40 (səksən manat qırx qəpik) dövlət rüsumunu cavadbehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan KİA Sorento minik **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə gün ərzində növbəlik əsasında Cavabdeh ilə taksi fəaliyyəti ilə məşğul olmuşlar. Bununla bağlı cavabdehə Cavabdeh nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə vermişdir. Qeyd etmək istəyir ki, avtomobil cavabdehin istifadəsində olduğu zaman xx.xx.2024-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini kobud surətdə pozaraq digər avtomobillə toqquşmuşdur. Qeyd etmək istəyir ki, hadisə yerinə gələn polis tərəfindən hadisə ilə bağlı ona məlumat vermişdilər və o avtomobilin mülkiyyətçisi olaraq hadisə yerinə gəlmişdir. Qeyd etmək istəyir ki, hadisə ilə bağlı Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X2 tərəfindən İnzibati Xəta haqqında ******* saylı xx.xx.2024-cü il tarixli protokolu tərtib etmişdir, qeyd olunan protokolu iddia ərizəsinə əlavə edir. Qeyd etmək istəyir ki, inzibati xəta haqqında protokol tərtib ediləndə müəyyən olundu ki, elektron sistemdə Cavabdeh adına yol hərəkət qaydaların dəfələrlə pozulmasına görə ümumi 400 (dörd yüz) manat məbləğində cərimələri vardır və ona bildirildi ki, qısa müddətdə qeyd olunan cərimələr ödənilməsə avtomobili cərimə meydançasına aparıla bilər. Bildirir ki, məcbur olaraq Cavabdeh tərəfindən törədilmiş yol hərəkət qaydaların pozuntusuna görə ümümilikdə 400 manat cərimələri onun tərəfindən ödənilmişdir. Hadisədən sonra avtomobilə vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı dəfələrlə cavabdehə zəng etsədə, cavabdeh telefonuna cavab verməmişdir. Baş vermiş hadisədən sonra avtomobili təmir edilməsi ilə bağlı avtoservisə apardı. Avtomobilin təmiri 22 fevral 2024-cü il tarixində başaldı və 08 mart 2024-cü il tarixindək davam etdi. Təmir işləri bitəndən sonra avtoservis tərəfindən zərər aktı tərtib edildi və onun tərəfindən avtomobilin təmiri ilə bağlı avtoservisə 4740 (dörd min yeddi yüz qırx) manat ödəniş olundu. Onun yegənə qazanc yeri taksi fəaliyyəti ilə bağlı olduğuna görə faktiki olaraq avtomobilin təmirdə olduğu müddət ərzində yəni 22 fevral 2024-cü il tarixindən 08 mart 2024-cü il tarixinədək (15 gün) cavabdehin hərəkətlərinə görə məhrum edilmişdir. Qeyd etmək istəyir ki, onun hər iş günü 60 manat məbləğində qazanc verirdi, yəni 15 günü onlar 60 vursa ümümilikdə 900 manat məbləğində qazancdan cavabdehin hərəkətlərinə görə məhrum edilmişdir. Qeyd etdiyi faktı ona məxsus olan Kapital Bankdaki hesabından çıxarışı iddiaya əlavə edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hadisə zamanı və hadisədən sonra cavabdehlə əlaqə saxlanılmasına çalışmış, lakin cavabdeh onun təlefon zənglərinə cavab verməmişdir. Qeyd etmək istəyir ki, cavabdehin hərəkətləri nəticəsində böyük bir stres sarsıntı yaşamışdır, cavabdehin yol hərəkətlərin pozulması ilə bağlı protokollarında onun maşınını necə idarə eldiyini görmək olar. Bundan əlavə olaraq, hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində avtomobili gələcəkdə satışda rentabeliyinə və yüksək qiymətə satılmağına zərər vurulmuşdur. Yuxarda qeyd olunanları nəzərə alaraq, təmiri ilə bağlı avtoservisə 4740 (dörd yüz qırx) manat ödənişi, Cavabdeh tərəfindən törədilmiş yol hərəkəti qaydaların pozuntusuna görə ümümilikdə 400 manat ödədiyi cərimələri və 22 fevral 2024-cü il tarixindən 08 mart 2024-cü il tarixinədək (15 gün) cavabdehin hərəkətlərinə görə qazancından məhrum edildiyinə görə 900 manat məbləği hesab edir ki, cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, ziyanın çox yazıldğını bildirmiş, iddianın qismən təmin olunmasına etiraz etmədi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı Cavabdeh KİA SORENTO minik markalı avtomobili idarə etmək üçün xx.xx.2032-ci il tarixədək qüvvədə olmaqla xx.xx.2023-cü il tarixdə etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXP ******* №li protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, «KİA SORENTO» markalı, «**-EA-***» dövlət qeydiyyat nişanlı, avtomaşına baxış keçirilərkən həmin avtomaşına 4740 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh barəsində olan protokollar üzrə cəmi 400 manat cərimə pulu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 80,40 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.8-ci maddəsinəsinə əsasən Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 362.1-ci maddəsinəsinə əsasən Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 1114.1-ci maddəsinə əsasən Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qanununvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində iddiaçının hər hansı əmlakından məhrum olması ona dəymiş real zərər hesab edilir. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehin təqsirli olması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. İşdəki sübutlardan görünür ki, Cavabdeh təqsiri üzündən baş vermiş yol hərəkəti qaydalarının pozulmasına görə İddiaçı məxsus avtomobilin təmiri ilə bağlı 4740 manat vəsait xərclənmiş, 400 (dörd yüz) manat cərimələr ödənilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı avtomobilin təmiri ilə bağlı avtoservisə ödənilmiş 4740 (dörd min yeddi yüz qırx) manat, yol hərəkət qaydaların pozuntusuna görə ümümilikdə 400 (dörd yüz) manat ödədiyi cərimə pulu tələbi əsaslıdır və iddia həmin hisssədə təmin olunmalıdır. İddiaçı həmçinin cavabdehdən qazancından məhrum edildiyinə görə 900 (doqquz yüz) manat məbləğində ziyan tələb edir. İddiaçı 22 fevral 2024-cü il tarixindən 08 mart 2024-cü il tarixinədək (15 gün) cavabdehin hərəkətlərinə görə 900 (doqquz yüz) manat qazancından məhrum edildiyini göstərsə də, məhkəməyə 900 manat ziyanın dəyməsi barədə heç bir sübut təqdim etməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər iddianın həmin hissədə əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilin təmiri ilə bağlı ödənilmiş 4740 (dörd min yeddi yüz qırx) manat, cərimələrə dair ödənilmiş 400 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 80,40 manat alınaraq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandıran halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmiri ilə bağlı ödənilmiş 4740 (dörd min yeddi yüz qırx) manat, cərimələrə dair ödənilmiş 400 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 80,40 manat alınaraq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1397/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1397/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver