Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1399/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X6, Cavabdeh3 qanuni nümayəndəsi X3 və onun vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrini, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə tərəflərin verdiyi barışıq sazişinə baxaraq baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı üçüncü şəxslər X4, Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı X12 vərəsəlik hüququ haqqında şəhadətnamələrini, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Notariat Kontoru tərəfindən verlmiş xx xxxxxx 2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadəntamənin, həmin şəhadətnamə əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışın, Quba rayon Notariat kontorunun 2V/04-3511 nömrəli xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, Quba Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 2V-115 nömrəli xx xxxxxx 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 və digərlərini adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışın, Quba Regional “ASAN xidmət” mərkəzində bağlanmış xx xxxxxx 2020-ci il tarixli 4-342 nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışın, Quba rayon Notariat Kontorunda bağlanmış xx xxxx 2006-cı il tarixli 4-ə- 321 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras qoyan X1 qalmış Quba rayonu İİ Nügədi kəndində yerləşən ümumi sahəsi 91,8 kv.m olan yaşayış evindən, Quba rayonu İİ Nügədi kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən 0,09 ha torpaq sahəsindən miras qoyan X2 düşən paydan, Torpağa Mülkiyyət Hüququna dair JN-118 nömrəli KOD 30320018 saylı Dövlət Aktına əsasən 1,40 ha torpaq sahəsindən miras qoyan X2 düşən paydan ona düşən hissəsinə dair vərəsəlik payımın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək yalnız Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrini, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətamənin, həmin şəhadətnamə əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışın, Quba rayon Notariat kontorunun 2V/04-3511 nömrəli xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, Quba Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 2V-115 nömrəli xx xxxxxx 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 və digərlərini adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışın, Quba Regional “ASAN xidmət” mərkəzində bağlanmış xx xxxxxx 2020-ci il tarixli 4-342 nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışın, Quba rayon Notariat Kontorunda bağlanmış xx xxxx 2006-cı il tarixli 4-ə-321 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras qoyan X1 qalmış Quba rayonu İİ Nügədi kəndində yerləşən ümumi sahəsi 91,8 kv.m olan yaşayış evindən, Quba rayonu İİ Nügədi kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən 0,09 ha torpaq sahəsindən miras qoyan X2 düşən paydan, Torpağa Mülkiyyət Hüququna dair JN-118 nömrəli KOD 30320018 saylı Dövlət Aktına əsasən 1,40 ha torpaq sahəsindən miras qoyan X2 düşən paydan ona düşən hissəsinə dair vərəsəlik payımın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi X10 məhkəməyə barışıq sazişini təqdim edərək bildirdi ki, tərəflər iş üzə barışıq sazişi bağlamış, iddiaçının cavabdehdən heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 qanuni nümayəndəsi X7 da məhkəməyə verdiyi izahatında bildirdi ki, barışıq sazişi bağlamış və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iddiaçının etibarnamə əsasından nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını, məhkəməyə təqdim edilmiş barışıq sazişini araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:
1. İddiaçı Qədirova Göyəçin Xanmirzə qızı Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrini, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddiadan 2500 (iki min beş yüz) manat məbləğində pulu alaraq imtina edir və bir daha belə bir tələblə məhkəməyə müraciət etməyəcəkdir.
2. Cavabdeh3 qanuni nümayəndəsi X7 İddiaçı ona qarşı olan vərəsəlik hüququ haqqında şəhadətnamələrini, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddiasından imtina etdiyi üçün ona 2500 (iki min beş yüz) manat məbləğində pulu verir.
3. İddiaçı bu şərtlərlə razıdır.
4. Cavabdeh3 qanuni nümayəndəsi X7 bu şərtlərlə razıdır. Məhkəmə iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 157-160 və 163-cü maddələrini rəhbər tutaraq,
QƏRARA A L D İ M:
İddiaçı Cavabdeh3 xx xxxxxxxx 2020-ci il tarixli barışı sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
5. İddiaçı Qədirova Göyəçin Xanmirzə qızı Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrini, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddiadan 2500 (iki min beş yüz) manat məbləğində pulu alaraq imtina edir və bir daha belə bir tələblə məhkəməyə müraciət etməyəcəkdir.
6. Cavabdeh3 qanuni nümayəndəsi X7 İddiaçı ona qarşı olan vərəsəlik hüququ haqqında şəhadətnamələrini, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddiasından imtina etdiyi üçün ona 2500 (iki min beş yüz) manat məbləğində pulu verir.
7. İddiaçı bu şərtlərlə razıdır.
8. Cavabdeh3 qanuni nümayəndəsi X7 bu şərtlərlə razıdır. İddiaçı Xamirzə qızının Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrini, çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan 10 (on) gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim:Rahim Həsənov