Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1402/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 780,40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, fərdi həyətyanı torpaq sahəsi əldə etmək məqsədi ilə sorğular əsasında tanıdığı Quba şəhər sakini Cavabdeh, Sevinc adlı qadına məxsus Quba şəhəri, Dəvədabanı yaşayış massivində 2 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsinin 3200 manat fəyərində satışı nəzərdə tutulduğunu bildirişdir. Onlar həmin qiymətə qarşılıqlı razılaşandan sonra Xalıq Sevincin xəstə olduğunu, buna görə həkimin resepti əsasında dərman almaq üçün pulunun olmadığını, Sevincin dərmanları üçün 50 manat məbləğində pula ehtiyacı olduğunu bildirərək dərman üçün 50 manat məbləğində pul istəmiş və demiş ki, “ dərmanları Sevincə verim, Sevinc sağalandan sonra gətirəcəm, torpağın sənədləri Bakı şəhərində girovdadır. Gərələm pul verərsiz mənə gedib sənədləri alıb gətirərəm, qalan puluda verərsiz dərhal gedib notariusda torpağı adınıza sənədləşdirərik”. O, 600 manat məbləği ailə üzvlərinin yanında Xalıqa vermişdir. Xalıq və Sevinc yola çıxmamışdan əvvəl, onların bir başa Bakı şəhərinə yola düşdüklərini və torpağın sənədlərini 2-3 gündən sonra gətirəcəklərini bildirərək getmişlər. xx.xx.2019-cu il tarixdə Xalıq ona zəng edərk Sevincin uşaqları üçün əyin-baş geyim əşyaları almaq üçün Sevicin 200 manat pul istədiyini bildirmişdir. O da, Sevincdən bu haqda soruşub sonra pulu verəcəyini demişdir. Sevincdən soruşduqda Sevinc ona Xalıqa 200 manat verərəsən anama versiz uşaqlar üçün geyim alınmalıdır demişdir. Xalıqla Sevincin hərəkətlərindən şübhələndiyindən o, 200 manat puldan 100 manat Xalıqa vermişdir. Sonradan o, Xalıq və Sevincə torpaq sənədlərinin gətirib adına rəsmiləşdirməklərini tələb etsə də, onlar hər dəfə müxtəlif bəhanələrlə sənədləri gətirməkdən boyun qaçırmışlar. Daha sonra Sevinc onun telefon zənglərinə cavab verməmişdir. Yaxın vaxtlarda Sevinclə telefon əlaqəsi saxlayan zaman Sevinc ona – “sənə torpaq satmaq fikirim yoxdur” demişdir. Bundan sonra o, Quba RPŞ-yə ərizə ilə müraciət etmiş, araşdırma zamanı hadisənin mülki xarakterli olduğundan məhkəmə qaydasında məsələni mübahisələndirməyi ona məsləhət görmüşlər. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddia İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh və X1 İmaməliyevlə, eyni zamanda Cavabdeh İddiaçı ilə aralarında olan məsələlər mülki xarakterli olması səbəbindən həmin şəxslər barəsində cinayət təqibinin və material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Quba rayon Dəvədabanı massivi ərazisindən 0,2 ha torpaq sahəsini iddiaçıya satacağını vədd edərək ondan müxtəlif tarixlərdə ümumilikdə 750 manat məbləğində pul almış, lakin torpaq sahəsini iddiaçıya satmamışdır. Cavabdehin iddiaçının hesabına heç bir hüquqiq və müqavilə əsası olmadan varlanmışdır. Cavabdehin iddiaçının hesabına 750 manat məbləğində əsassız varlanması iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə də, öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya,əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı hesabına 750 manat məbləğində əsassız varlanması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 750 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1402/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1402/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver