Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1405/2020 07.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı Şöbəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı Şöbəsi məhəkəməyə iddia ərizəsi ilə müraciət edərək, DİN-nin Avtomobil Təsərrüfatının balansında olan “Mersedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə dəymiş 32038,68 manat məbbləğində maddi ziyanın Cavabdeh alınıb DİNnin Avtomobil Təsərrüfatı nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavəsitə tabe olan Avtomobil Təsərrüfatının balasında olan və BDYPİ-nin xidməti istifadəsinə verilmiş “Mersedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili xidmətdə olarkən Bakı-Quba magistral yolunda vətəndaş Cavabdeh idarə etdiyi “Mercedes” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş və anlaqsız vəziyyətdə idarə edərkən patrul avtomobilinə arxadan çırpılmış nəticədə dövlət əmlakına 32038,63 manat məbləğində maddi ziyan vurulmudur. Məhkəmə iclasında Cavabdeh iddianın qismən qəbul edək, avtomobilə dəyən ziyanın çox qeyd edidiyini, illərdir sürücü olduğunu və heç vaxt inzibati xəta törətmədiyini, təqsirini etiraf edərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı Şöbəsinin nümayəndəsiməhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ziyan aktından görünür ki, “Mersedes Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı 32038,63 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sübuetmə yükü baxımından iddiaçı cavabdeh tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində ona maddi ziyan dəydiyini sübut etməlidir. Məhkəmə iclasında iş üzrə təkzib edilməz sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya 32038,63 manat məbləğində maddi ziyan dəymişdir. Sadalanan maddi hüquq normalarını hazırki iddiaya tətbiq edərək məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 32038,63 manat məbləğində pul alınaraq DİNnin Avtomobil Təsərrüfatı nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 32038,63 manat məbləğində pul tutularaq DİN-nin Avtomobil Təsərrüfatı nəfinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1405/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1405/2020
07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver