Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1407/2020 10.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh nümayəndəsi İsayeva Zöhrə Sultan qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)2814/2018 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarını artırılaraq, Cavabdeh Novruz oğlundan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün cəmi 170 (yüz yetmiş) manat olmaqla alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı teleqramma ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılılaraq qərar qəbul edilməsini xahiş etmişdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Quba rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(027)-2814/2018 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay uşağa görə cəmi 100 manat (yüz) manat sabit pul məbləğində aliment tutularaq mənə verilməsi barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda həmin məbləğ uşaqın təlabatlarını ödəmir. Uşaq böyüdükcə yeməyə, geyimə, müalicəyə və digər ehtiyyaclara tələbatlarıda artır. Hal-hazırda valideyinlərinin yanında onların himayəsində yaşayır və heç bir gəlirə və işə sahib deyil bir neçə müddətdir ki, işsizdir. Ona görə də cavabdehdən qət olunmuş aliment pulunun qanunla bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə alınaraq ona verilməsini istəyir. Göstərilənlərə əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)2814/2018 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarını artırılaraq, Cavabdeh Novruz oğlundan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün cəmi 170 (yüz yetmiş) manat olmaqla alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi İsayeva Zöhrə Sultan qızı iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2814/2018 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarını artırılaraq, oğlundan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün cəmi 170 manat olmaqla alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.İddia tələbini qəbul etmirik və rədd edilməsini məhkəmədən xahiş edirik. İlk növbədə onu qeyd etmək istəyirlər ki, cavabdeh heç bir yerdə işləmir. Anasının aldığı pensiya ilə dolanır. Anasının aldığı pensiyadan aliment pulunu güclə düzəldərək verirlər. Uşağa aliment verməkdən imtina etmirlər, məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimenti də verirlər. Sonuncu dəfə 2018-ci ildə məhkəmənin qətnaməsi ilə alimentin məbləği artırılmışdır. Həmin vaxtdan 2 ildən çox vaxt keçməmişdir. Həmin vaxtdan bu vaxta kimi cavabdehin gəlirlərində dəyişiklik olmamış, gəlirləri artımamış, cavabdeh yeni işə qəbul olunmamışdır. Əksinə ölkə ərazisində yayılmış COVİD-19 pandemiyası ilə əlaqədar bəzən iş olanda işlədəyi günəmuzd işlərdən də məhrum olmuş və həmin işlər müvəqqəti olaraq dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq, onlara qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh nümayəndəsi İsayeva Zöhrə Sultan qızını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ İİ 023465 nömrəli doğum haqqında şəhadətnamə surətindən görünür ki, X2 xx.xx.2007-ci ildə anadan olmuşdur. İş materialında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-454/2008 nömrəli,xx.xx.2008-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci təvəllüdlü X1 yetkinlik yaşınaçatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx xxxxxxxx 2007-ci il təvəllüdlü X2, tərəflərin nikahı pozulandan sonra uşaq ananın yanında saxlanılmaqla onun saxlanılması üçün aliment müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, hazırda xx xxxxxxxx 2007-ci il təvəllüdlü X2 üçün aliment alır, lakin həmin məbləğ üşağın ehtiyaclarını təmin etmədiyindən aliment məbləğinin artırılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 (yüz yetmiş) manat maddələrində təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyini və 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 (yüz yetmiş) manat mabləğində müəyyən edilməsini nəzərə alınaraq, iddia təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)2814/2018 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarını artırılmalı, Cavabdeh Novruz oğlundan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)2814/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın, Cavabdeh Novruz oğlundan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1407/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1407/2020
10.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver