Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1414/2022 20.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və valideynin əlavə xərclərə cəlb olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən etibarən, 18 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün alimentin miqdarı artırılaraq, 193 (yüz doxsan üç) manat və Cavabdeh birgə nikahdan dünyaya gələn 18 fevral 2019cu il təvəllüdlü X2 müalicə olunması üçün bir il müddətində hər ay 50 (əlli) manat əlavə xərc tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, сavabdeh Cavabdeh ilə aralarında 04 iyul 2018-ci il tarixdə Quba regional Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və 253 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 18 fevral 2019-cu il tarixdə qızı Mazədə doğulmuşdur. Cavabdeh ilə ailə qurduğu ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdi. Belə ki, Sabit ona qarşı kobudluq edərək, evdə səbəbsiz söz-söhbət yaradıb. Bu da aralarında münaqişəyə gətirib çıxarıb, evə baxmayıb, onların maddi təminatı ilə maraqlanmayıb. Belə ki, cavabdeh onu 01 avqust 2020-ci il tarixdə qonaq adı ilə valideynlərinin evinə aparıb, səhəri günü ona yazaraq bildirib ki, “gəl bütün əmlakını apar səninlə bir ailədə yaşamaq istəmirəm”. Həmin vaxtdan valideynlərinin evində yaşayır. Cavabdeh qızıyla maraqlanmır, heç bir maddi yardım göstərmir. Cavabdeh Quba rayon Kələnov orta məktəbində idman müəllimi işləyir. Bundan başqa təsərrüfatla məşğuldur. Həyətində mal qarası vardır. Bütün bunlardan da gəlir əldə edir. Buna baxmayaraq o öz gəlirlərini məhkəmədən gizlətməklə, uşağının xəstə olmadığını bildirməklə məhkəməni aldadır. Hətta sorğu ilə uşağın ürək qusurlu olduğu üçün o dispanser qeydiyyatda olması barədə arayış məhkəmədə elan edildikdən sonra da məhkəməyə yalan danışmağa davam edib. Onunla nikahda olan zaman Sabit evli iki uşaq anası bir qadınla münasibət quraraq onun da ailəsini dağıtmışdır. Ailəsi onun yüngül həyat tərzi keçirdiyinə görə dağılmışdır. O, hamilə olanda onun bu hərəkətlərinə dözə bilmədiyinə görə böyük psixoloji stres və sarsıntı vəziyətində keçirdiyi hamiləlik övladının ürək qüsurlu doğulmasına səbəb olub. Hətta uşağının xəstə doğulması da Sabitdə mərhəmət hissini oyatmayıb. O gecə yarısı evə gəlməyini, yaxud da heç evə gəlməməyini tərgitməyib. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-384/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2020-ci ıl tarixdən etibarən hər ay 170 manat sabit pul məbləğində aliment, uşağın müalicə olunması üçün 6 ay müddətində əlavə xərc olaraq 50 manat pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bu günə qədər, Sabit ona alimenti az-az ödəmişdir. Ürək qüsurlu övladının bütün müalicəsini və xərclərini valideynləri çəkir. Valideynləri Qubada "Qul bazarı" adlanan Paşaoba kəndinə fəhləlik üçün işləməyə gedir. Gündə 10-15 manat müqabilində işləyərək evə çörək pulu gətirirlər. Onu da balaca qız nəvələrinin müalicəsinə xərcləyirlər. Maddi vəziyyəti hədsiz dərəcədə ağır olduğundan uşağın maddi və digər ehtiyaclarını ödəmək iqtidarında deyillər. Lakin müqəddəs müəllim adına layiq olmayan Cavabdeh aliment ödəmək öhdəliyindən yayınmaq üçün müxtəlif yollara əl atır. Qeyd edir ki, Sabitlə qohumdular Sabit bütün qohumların yanında bildirir ki, onun əmisi oğlu X5 məhkəmədə işləyir, hakimlərlə yaxın münasibətdədir və onun vasitəsi ilə hakimi ələ alaraq Quba Rayon Məhkəməsinin qətnaməsini ləğv elətdirəcəkdir. Sumqayıt Apellyasiya Məhkəməsi Quba rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Lakin həmin qətnamədə Cavabdeh 6 ay müddətinə əlavə xərclərə cəlb edilmişdir. X1 xəstəliyi davam edir. Bununla bağlı Respublika Uşaq Klinik xəstəxanasının stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan göründüyü kimi, Mazədə Anadangəlmə ürək qüsuru VSD diaqnozu ilə doğulub, son vaxtlar şikayətləri artdığı üçün RUKX-ya göndərilib. Xəstəliyi davam edir və mütəmadı müalicə alır. Qeyd edir ki, o uşağa qulluq etdiyi üçün heç bir yerdə işləyə bilmir. Məhkəmə qətnaməsi ilə ona uşağın xəstəliyinə görə 6 ay müddətində hər ay 50 manat əlavə xərc tutulması qət edilmişdir. Hazırda arayışda xəstəliyin davam etdiyi göstərilmişdir. Ona görə də hesab edir ki, Sabit ona Mazədə sağalanadək əlavə xərc ödəməlidir. Göstərilənləri nəzərə alaraq, 18 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün alimentin miqdarı artırılaraq, 193 (yüz doxsan üç) manat və Cavabdeh birgə nikahdan dünyaya gələn 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün bir il müddətində hər ay 50 (əlli) manat əlavə xərc tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh bildirdi ki, o iddia tələbinin qəbul etmir və bu barədə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Belə ki, İddiaçı ona qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsilə məhkəməyə müaciət etmiş, Quba Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş. xx.xx.2021-ci il tarixdən başlayaraq 18 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulması, uşağın müalicəsi üçün 6 ay müddətinə hər ay 50 manat məbləğində pulun tutulması qət edilmişdir. Bundan sonra iddiaçı yenidən Quba Rayon Məhkəməsinə aliment və əlavə xərclərə cəlb olunma barədə iddia ərizəsilə müraciət etmiş. Quba Rayon Məhkəməsinin 2(027)-1640/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, yenidən 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicəsi üçün 6 ay müddətinə əlavə xərclərə cəlb olunması, uşağın üç yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Göründüyü kimi nikah pozulsa da, uşağın saxlanılması üçün aliment və əlavə xərclər müəyyən edilsə də, üzərindən bir il ötməmiş artıq iddiaçı üçüncü dəfə məhkəməyə aliment və əlavə xərclərlə bağlı müraciət etmişdir. İddianı alimentin artırılması hissəsində qəbul edir, lakin iddianın əlavə xərc hissəsində qəbul etmir. Məhkəmə İddiaçı, Cavabdeh dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Az-İV 369324 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından X4 xx.xx.2019-cu il tarixində Quba şəhərində anadan olmuş və 22 yanvar 2020-ci il tarixində 22 nömrə ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Ak. Mirqasımov adına Respublika Uşaq Xəstəxanası Publik Hüquqi şəxsin stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan göründüyü kimi, Mazədə anadangəlmə ürək qüsuru VSD diaqnozu ilə doğulub, RUKX-nin kardiologiya şöbəsində müayinə və müalicə alıb, şikayətləri artdığı üçün M.Ə.Mirqasımov adına RKX-ya göndərilib. Xəstəyə ildə bir dəfə EXOKQ məsləhət görülüb. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-384/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında olan Quba regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 04 iyul 2018-ci il tarixə bağlanmış və 253 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması,18 fevral 2019-cu il təvəllüdlü X4 anası- İddiaçı himayəsinə verilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixdən başalayaraq, 18 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi və 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün altı ay müddətində əlavə xərc olaraq hər ay 50 manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1640/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün 6 ay müddətində hər ay 50 manat əlavə xərc tutulması və X2 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda, yəni həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur: Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən uşağının saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2022 -ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağın saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzə- almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyə' edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqları valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmas tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilənləri nəzərə alaraq,məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-384/2021 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 müalicə olunması üçün bir il müddətində əlavə xərc olaraq hər ay 30 (otuz) manat pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanıb Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-384/2021 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 müalicə olunması üçün bir il müddətində əlavə xərc olaraq hər ay 30 (otuz) manat pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1414/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1414/2022
20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver