Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1415/2021 03.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinə dəyən zərərin əvəzi üçün 1651 (bir min altı yüz əlli bir) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 5 İyun 2021-ci il tarixində saat 17:20 radələrində Quba rayon, 2-ci Nügədi kənd sakini Cavabdeh idarə etdiyi “VAZ-21114” markalı M279HC152 dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri, M.Qorki küçəsində sürətlə arxaya manevr etmiş (yol hərəkət qaydalarını kobud surətdə pozmuş) və nəticədə yolun sağında 28 May küçəsindən M.Qorki küçəsinə çıxmaq üçün gözləmə mövqeyində duran ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus “Nissan” markalı **-BM-*** minik avtomobilinin sol tərəfini əzib keçmiş və nəticədə “Nissan” markalı **-BM-*** markalı maşına ciddi ziyan dəymişdir. Həmin faktla bağlı Cavabdeh təqsirkar olduğu sübuta yetirilmiş və Quba YPXİ-nin polis kapitanı X2 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 05.06.2021 ci il tarixli İXP ******* saylı protokol tərtib edilərək 40 (qırx) manat cərimə olunmuşdur. Beləliklə, Cavabdeh həmin təqsirli hərəkəti nəticəsində ona məxsus “Nissan” markalı **-BM-*** minik avtomobili əzilməklə və detalların sıradan çıxmağı nəticəsində avtomobilimə 1601 (bir min altı yüz bir) manat dəyərində maddi zərər dəymişdir. Avtomobilinə dəyən maddi ziyanının hesablanması üçün Quba rayonunda yerləşən "xxxx" MMC-yə (avtotexniki təmir stansiyası) 50 (əlli) manat ödəniş etmişdir. Ona dəyən maddi zərərin miqdarı 1651 (bir min altı yüz əlli bir) manat miqdarda müəyyənləşdirilmişdir. O, bir neçə dəfə həmin məbləği Cavabdeh tələb etmiş, lakin cavabdeh ona cavabında demiş ki, “maşınım Rusiya Federasiyasının qeydiyyatındadır, sığortamda yoxdur və pulumda yoxdur.” Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.06.2021-ci il tarixli ziyan aktından görünür ki, **- BM-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı ümumilikdə 1601 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, “Nissan” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının sahibliyindədir. İş materiallarında olan 06.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı “Nissan” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı qiymətləndirilməsinə görə 50 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan İnzibati Xəta haqqında İXP ******* saylı protokolun surətindən gğrünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. İddianın hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdeh təqsirli olması sübuta yetirilmişdir. Bundan başqa, iş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı “Nissan” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qiymətləndirilməsinə görə 50 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, Cavabdeh İddiaçı sahibliyində olan “Nissan” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1601 manat məbləğində və “Nissan” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanı qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı sahibliyində olan “Nissan” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1601 manat məbləğində və ““Nissan” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiymətləndirilməsinə görə ödənilmiş 50 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1415/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1415/2021
03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver