Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1420/2022 27.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 348 (üç yüz qırx səkkiz) manat 80 qəpik məbləğində ziyan tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iddianı müdafiə edərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə Quba rayonu, Rustov kənd sakini Cavabdeh tərəfindən istifadəsində olan Quba rayonu, Rustov kəndi ərazisində yerləşən ağac emalı sexində 3.51 m3 işlik materialın hər hansı hüquqi sənəd olmadan qanunsuz yolla əldə edərək istifadə olunması nəticəsində təbiətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 saylı, 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarlarına əsasən 348 (üç yüz qırx səkkiz) manat 80 qəpik məbləğində vurulmuş ziyan hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün xx.xx.2021-ci il tarixli, 2088 saylı məktubla barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh əsasən 348 (üç yüz qırx səkkiz) manat 80 qəpik məbləğində ziyan tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 71316 nömrəli aktın surətindən görünür ki, Cavabdeh istifadəsində olan Quba rayonu, Rustov kəndi ərazisində yerləşən ağac emalı sexində 3.51 m3 işlik materialın hər hansı hüquqi sənəd olmadan qanunsuz yolla əldə edərək istifadə etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış aktından və ona əlavə edilmiş təbiətə dəymiş ziyanın hesablama cədvəlindən məlum olur ki, Cavabdeh 3.51 m3 işlik materialın hüquqi sənəd olmadan qanunsuz yolla əldə edərək istifadə olunması nəticəsində təbiətə vurduğu ziyan 348 (üç yüz qırx səkkiz) manat 80 qəpik məbləğində hesablanmışdır. İş materiallarında olan ARE və TSN-yi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli, 2088 nömrəli iddia tələbindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən təbiətə vurduğu 348 (üç yüz qırx səkkiz) manat 80 qəpik məbləğində ziyanın 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına ödənilməsi tələb olunub, əks təqdirdə qanunvericiliyə uyğun müvafiq olaraq aidiyyəti tədbirlər görülləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən təbiətə vurulmuş 348 (üç yüz qırx səkkiz) manat 80 qəpik məbləğdə ziyan tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 348 (üç yüz qırx səkkiz) manat 80 qəpik məbləğdə ziyan tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1420/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1420/2022
27.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver