Məhkəmə qərarları › İş №2(027)-1422/2020

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-1422/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1422/2020 01.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 240000 (iki yüz qırx min) rus rubulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə aralarında olan razılığa əsasında, o cavabdehin başqasına olan borcuna görə 2014-cü ilin may ayında cavabdehə 240000 (iki yüz qırx min) rubul pul məbləğini bir il müddətinə qaytarmaq şərti ilə borc verdim. Həmin müddət tamam olanda cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmağa başladı.O, səbəbdən o, Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba RPŞ-nin sahə müvəkkilinin araşdırılması zamanı mənə tövs edildi ki, məhkəməyə müraciət etsin. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 240000 (iki yüz qırx min) rus rubul pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi.. İş üzrə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, o, Quba rayonu, 1-ci Nügədi kəndində yaşayır. Cavabdeh qonşularıdır. 2014-cü ildə Emin ondan 240000 (iki yüz qırx min) rus rubulu istədi ki, başqasına borcu var ödəmək lazımdır. Onun pulu olmadığı üçün Emin qardaşı Təvəkküldən 240000 (iki yüz qırx min) rus rubulunu alaraq başqasına olan borcuna görə ödəmişdir. Söz vermişdir ki, aldığı pulu bir il ərzində qaytaracaq. Hazıra qədər Cavabdeh aldığı borc pulu Təvəkkülə qaytarmamışdır. İddiacı İddiaçı yazılı formada müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə İddiaçı və şahidQasımov Mərdan Bahadır oğlunu dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Poliş şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Quba rayon PŞ-nə ünvanladığı ərizənin araşdırıldığı və ərizədə göstərilən xüsusatların mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüqunun olması bildirilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, 1ci Nügədi kəndində qeydiyyatdadır.. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh cəmi 240000 (iki yüz qırx min) rus rubulu qaytarmaq şərti ilə pul vermiş, sonuncu üzərinə düşən öhdəliyi icra etməmiş, aldığı borc pulu qaytarmamışdır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 240000 (iki yüz qırx min) rus rubulu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 240000 (iki yüz qırx min) rus rubulu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar