Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1428/2020 14.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2004-cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş X1 həddi-buluğa çatana kimi saxlanılması üçün Quba Rayon Məhkəməsinin qətnaməsi ilə iki uşaq üçün qət olunmuş 180 manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla iki uşaq üçün 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin dəqiqlşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2004-cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş X1 həddi-buluğa çatana kimi saxlanılması üçün Quba Rayon Məhkəməsinin qətnaməsi ilə iki uşaq üçün qət olunmuş 180 manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla iki uşaq üçün 400 manat sabit pul məbləğində alimentin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2003-cü il tarixdə rəsmi nikahı daxil olmuşlar, birgə nikahdan xx.xx.2004-cü il tarixdə Altun və xx.xx.2006-cı il tarixdə Rinad adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyəti uyğun gəlmədiyindən aralarında olan nikah Quba Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqlar İddiaçı himayəsində saxlanılmışlar. 2011ci il tarixdə İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Altun və Rinadın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat alimentin alınıb İddiaçı verilməsi qət olunmuşdur. Həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmədiyindən 2013-cü ildə yenidən alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq hər uşağa 70 manat olmaqla, iki uşaq üçün cəmi 140 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət olunmuşdur. İddiaçı yenidən 2015-ci ildə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-2140/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-910/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2004-cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş Tarverdiyev Rinaä Rəşad oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən Cavabdeh hər uşağa görə 90 manat olmaqla, iki uşağa görə hər ay 180 manat alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Lakin 180 manat iki uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Maddi cəhətdən imkanı olduqca pisdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2004-cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş X1 həddi-buluğa çatana kimi saxlanılması üçün Quba Rayon Məhkəməsinin qətnaməsi ilə iki uşaq üçün qət olunmuş 180 manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla iki uşaq üçün 400 manat sabit pul məbləğində alimentin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək etiraz ərizəsində göstərdi ki, o, Bakı şəhərində kirayə evdə yaşayır və orda gün ərzində cəmi 10-15 manat qazanc əldə edir. İkinci ailəsindən iki övladı var və hazırda uşaqlardan biri hazırlıq sinifinə gedir. Özü xəstədir və bununla bağlı yaxşı qazancı əldə etmək iqtidarında deyil. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi X5 və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il tarixdə X2 və xx.xx.2006-cı il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(027)-905/2011 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat alimentin alınıb İddiaçı verilməsi qət olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-910/2013 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 70 manat olmaqla, iki uşaq üçün cəmi 140 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)- 2140/2015 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(027)-910/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2004cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş Tarverdiyev Rinaä Rəşad oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən Cavabdeh hər uşağa görə 90 manat olmaqla, iki uşağa görə hər ay 180 manat alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il tarixdə X2 və xx.xx.2006-cı il tarixdə X3 anadan olmuş və hazırda onlar anası ilə yaşayırlar. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-2140/2015 saylı qətnaməsinə əsasən, xx.xx.2004-cü il tarixdə doğulmuş X2 və xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən Cavabdeh hər uşağa görə 90 manat olmaqla, iki uşağa görə hər ay 180 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı işsiz olduğundan, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı, aliment miqdarının artırılaraq, azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa görə hər ay 200 manat olmaqla, iki uşağa görə hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər uşağa görə hər ay 200 manat olmaqla, iki uşağa görə cəmi 400 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyi, hazırda iddiaçının uşaqların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)- 2140/2015 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər uşağa görə 150 manat olmaqla, iki uşağa görə hər ay 300 manat aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-2140/2015 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər uşağa görə 150 manat olmaqla, iki uşağa görə hər ay 300 manat aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1428/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1428/2020
14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver