Məhkəmə qərarları › İş №2(027)-143/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-143/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-143/2021 01.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 5174/F-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 842,27 (səkkiz yüz qırx iki manat, iyirmi yeddi qəpik) manat əsas, 1448,36 (min dörd yüz qırx səkkiz manat, otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2290,73 (iki min iki yüz doxsan manat, yetmiş üç qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 5174/F-16 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 26% (iyirmi altı) faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2242 (iki min iki yüz qırx iki) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 5174/F-16 saylı kredit müqaviləsinə əsasən xx xxx 2020-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcunu tamamilə ödəməli olduğu halda, hal-hazırda Cavabdeh Banka 842.37 (səkkiz yüz qırx iki manat, otuz yeddi qəpik) manat əsas, 1448.36 (min dörd yüz qırx həkkiz manat, otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2290.73 (iki min iki yüz doxsan manat, yetmiş üç qəpik) manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 5174/F-16 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 26% (iyirmi altı) faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2242 (iki min iki yüz qırx iki) manat məbləğində kredit verilmişdir. İşin araşdırılan hallarından və maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx xxx 2020-ci il tarixinə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcunu tamamilə ödəməli olduğu halda, hal-hazırda Cavabdeh Banka 842.37 (səkkiz yüz qırx iki manat, otuz yeddi qəpik) manat əsas, 1448.36 (min dörd yüz qırx həkkiz manat, otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 2290.73 (iki min iki yüz doxsan manat, yetmiş üç qəpik) manat kredit borcu qalmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə «xxxx» ASC ilə bağlanan xx xxxxxx 2016-cı il tarixli 5174/F-16 saylı kredit müqaviləsinə əsasən, cavabdehin xx xxx 2020-ci il tarixinə əsas borc üzrə 842,37 manat, faiz borcu üzrə 1448.36 manat olmaqla, ümumilikdə 2290.73 manat məbləğində borcu vardır. İş üzrə təyin edilmiş “xxxx” MMC-nin 01/502 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016cı il tarixli 5174/F-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə “xxxx” ASC-yə 1435,21 manat əsas, 818,93 manat faiz olmaqla, cəmi 2280,74 manat təşkil edir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5966 saylı ekspert rəyindən görünür ki, xx xxxxxx 2016-cı il tarixli 5174/F-16 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borc üzrə 842,37 manat və faiz borcu üzrə 414,19 manat olmaqla, cəmi 1256,56 manat məbləğində borcu müəyyən edilmişdir. Müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə hesablanan faiz borcu 10,72 manat təşkil edir. İş materiallarında olan arayış məlumatından göründüyü kimi xx.xx.2018-ci il tarixdən sonrakı müddət ərzində faiz borcu hesablanmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5966 saylı ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının maliyyə arayışında göstərdiyi əsas və faiz məbləği ekspert rəyində göstərilən məbləğdən çox olduğu üçün məhkəmə ekspert rəyini sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və ekspertiza rəyini əsas götürərək hesab edir ki, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli 5174/F-16 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən əsas borc üzrə 842,37 manat və faiz borcu üzrə 414,19 manat olmaqla, cəmi 1256,56 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx xxxxxx 2016-cı il tarixli 5174/F-16 saylı kredit müqaviləsi üzrə əsas borca görə 842,37 (səkkiz yüz qırx iki manat otuz yeddi qəpik) və faiz borcu üzrə 414,19 (dörd yüz on dörd manat on doqquz qəpik) manat olmaqla, cəmi 1256,56 (bir min iki yüz əlli altı manat əlli altı qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar