Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1430/2020 10.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 110 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2013-cü il tarixdə nikahımızı rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Nikahları Quba rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 214 nömrə ilə qeydə alınmışdır. Birgə nikahlarından xx xxxxxxxx 2014-cü il təvəllüdlü qızları Xədicə doğulmuşdur. Cavabdeh xx xxxx 2016-cı il tarixdə onu və qızı Xədicəni valideynlərinin evinə qoyaraq getmişdir. Həmin vaxtdan valideynlərimin himayəsində yaşayır. Cavabdeh ilə aralarında olan xx xxxx 2013-cü il tarixli nikahları Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş № 2(027)-46/2018 saylı qətnaməsi ilə pozulmuşdur. O, Cavabdeh qarşı 2017-ci ildə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəlki dövrü də nəzərə alaraq, xx xxxx 2016-cı il tarixdən hesablanmaqla, hər ay 500 (beş yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba rayon Məhkəməsinin iş № 2(027)-4408/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, xx xxxxxxxx 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çalanadək saxlanması üçün Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Hazırda həmin məbləğdə aliment uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Heç bir yerdə işləmir, valideynlərinin himayəsində yaşayır. Maddi vəziyyəti çox acınacaqlıdır, qızının saxlanılmasında çətinlik çəkir. Cavabdeh Bakı şəhərinə gedərək günəmuzd işlərdə işləyir, maddi vəziyyəti olduqca yaxşıdır. Lakin qızlarının saxlanılmasında kömək etmir, ümumiyyətlə uşaq ilə maraqlanmır. Hal-hazırda qanunla hər bir uşağın minimum yaşayış məbləği 170 manat nəzərdə tutulmuşdur. Həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyyaclarını ödəmir. Uşaq böyüdükcə yeməyə, geyimə və digər ehtiyyaclara tələbatı da artır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, heç yerdə işləmədiyini, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, heç bir yerdə işləmir. 3 il bundan əvvəlki məhkəmə qətnaməsi ilə alimentin məbləği 110 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin vaxtdan təyin olunmuş alimenti o, çətinliklə ödəyir. Hətta həmin alimentdən borcu da qalmışdır ki, onu ödəməyə çətinlik çəkir. Aliment borcundan qalıq qaldığı üçün barəsində inzibati xəta haqqında haqqında protokol tərtib olunmuşdur. Məhkəmənin qətnaməsi ilə aliment müəyyən olunduğu vaxtdan bu vaxta kimi onun gəlirlərində dəyişiklik olmamış, gəlirləri artımamış, o, yeni işə qəbul olunmamışdır. Əksinə ölkə ərazisində yayılmış COVİD-19 pandemiyası ilə əlaqədar bəzən iş olanda işlədəyi günəmuzd işlərdən də məhrum olmuş və həmin işlər müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı isə Quba Mərkəzi rayon Xəstəxanasında işləyir aylıq qazancı vardır. Hətta COVİD-19 pandemiyası ilə əlaqədar aylıq qazancı da artımışdır. Hər bir halda uşaqları saxlamaq hər iki valideynin də borcudur. İddia tələbini qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-4405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çalanadək saxlanması üçün Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 9 saylı X3 filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Quba rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır və onun adına Əmək və X4 Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya sistemində qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağların tələbatlarını ödəmədiyindən uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-4405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə uşaq üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-4405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh uşaq üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1430/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1430/2020
10.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver