Məhkəmə qərarları › İş №2(027)-1431/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1431/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1431/2021 29.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı-nin cavabdehlər X6, Cavabdeh2 və X5 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X6, Cavabdeh2 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, Cavabdeh2 və X2 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6531 (altı min beş yüz otuz bir) manat 54 qəpik, faiz borcuna görə 414 (dörd yüz on dörd) manat 05 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 6945 (altı min doqquz yüz qırx beş) manat 59 qəpik məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi X9 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, Cavabdeh2 və X2 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə 6531 (altı min beş yüz otuz bir) manat 54 qəpik əsas kredit borcu, kreditdən istifadəyə görə 859 (səkkiz yüz əlli doqquz) manat 10 qəpik məbləğind\ faiz borcu, cərimə borcuna görə 223 (iki yüz iyirmi üç) manat 38 qəpik məbləğində olmaqla cəmi 7614 (yeddi min altı yüz on dörd) manat 02 qəpik borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı Rabitəbank” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Rabitəbank” ASC-nin Quba filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, QBNPU- 1500 saylı kredit müqaviləsinə əsasən illik 19 % dərəcəsi olmaqla, 32 ay müddətinə 10 000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 11 dekabr 20l9-cu il tarixdə İddiaçı-nin Quba filialı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 11 dekabr 20l9-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X6, Cavabdeh2 və X2 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə 6531 (altı min beş yüz otuz bir) manat 54 qəpik əsas kredit borcu, kreditdən istifadəyə görə 859 (səkkiz yüz əlli doqquz) manat 10 qəpik məbləğind\ faiz borcu, cərimə borcuna görə 223 (iki yüz iyirmi üç) manat 38 qəpik məbləğində olmaqla cəmi 7614 (yeddi min altı yüz on dörd) manat 02 qəpik borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X6, Cavabdeh2 və X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdeh X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı-nin nümayəndəsi X7 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı-nin Quba filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsinə əsasən illik 19 % dərəcəsi olmaqla, 32 ay müddətinə 10 000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli, RB-02/PK-5326 maliyyə arayışına əsasən Cavabdeh1 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6531 (altı min beş yüz otuz bir) manat 54 qəpik, faiz borcuna görə 414 (dörd yüz on dörd) manat 05 qəpik, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 6945 (altı min doqquz yüz qırx beş) manat 59 qəpik məbləğində borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin Cavabdeh2 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ilə cavabdeh X8 arasında imzalanmış 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin X8 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan 04.06.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Quba rayonu, Ağbil kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 00****** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri, H.Əliyev prospekti, ev 182 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, tərəflər arasında olan 11 dekabr 2019-cu il tarixli, QBNPU- 1500 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan 12.04.2020-ci il tarixli, 08-02/203, 08-02/204, 08-02/205 saylı bildirişlərin surətindən görünür ki, cavabdehlərə Banka gecikdirilmiş borcunun olması və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı-nin Quba filialı ilə cavabdeh - Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsinə əsasən illik 19 % dərəcəsi olmaqla, 32 ay müddətinə 10 000 (on min) manat məbləğində cavabdehə kreditverilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, cavabdehlər X6, Cavabdeh2 və X2, müştərək qaydada, 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6531 (altı min beş yüz otuz bir) manat 54 qəpik, faiz borcuna görə 859 (səkkiz yüz əlli doqquz) manat 10 qəpik, dəbbə borcuna görə 23 (iyirmi üç) manat 38 qəpik, cəmi 7414 (yeddi min dörd yüz on dörd) manat 02 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. X6, Cavabdeh2 və X2, müştərək qaydada, 11 dekabr 2019-cu il tarixli, QBNPU-1500 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6531 (altı min beş yüz otuz bir) manat 54 qəpik, faiz borcuna görə 859 (səkkiz yüz əlli doqquz) manat 10 qəpik, dəbbə borcuna görə 23 (iyirmi üç) manat 38 qəpik, cəmi 7414 (yeddi min dörd yüz on dörd) manat 02 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar