Məhkəmə qərarları › İş №2(027)-1435/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1435/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1435/2022 10.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 4581 (dörd min beş yüz səksən bir) manat 95 qəpik əsas, 304 (üç yüz dörd) manat 80 qəpik faiz borcu, 42 (qırx iki) manat 47 qəpik cərimə olmaqla, cəmi 4929 (dörd min doqquz yüz iyirmi doqquz) manat 22 qəpik məbləğində vəsaitin və 69 (altımış doqquz) manat 29 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 20.3% ödəmək şərtilə, 5000 AZN kredit verilmişdir. Cavabdeh Müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nəticədə cavabdehin banka 4581,95 manat əsas, 304,80 manat faiz borcu, 42,47 manat cərimə olmaqla, cəmi 4929,22 manat məbləğində borcu yaranmışdır. Cavabdeh banka olan cərimə borcu 84,93 manat məbləğində təşkil etməsinə baxamayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla,, yəni 42,47 manat məbləğində tələb olunur. Xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır və İddiaçı Cavabdeh İddiaçı-nin xeyrinə 4581 (dörd min beş yüz səksən bir) manat 95 qəpik əsas, 304 (üç yüz dörd) manat 80 qəpik faiz borcu, 42 (qırx iki) manat 47 qəpik cərimə olmaqla, cəmi 4929 (dörd min doqquz yüz iyirmi doqquz) manat 22 qəpik məbləğində vəsaitin və 69 (altımış doqquz) manat 29 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 20.3% ödəmək şərtilə, 5000 AZN kredit verilmişdir. 11.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 3 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə xeyrinə 4581 (dörd min beş yüz səksən bir) manat 95 qəpik əsas, 304 (üç yüz dörd) manat 80 qəpik faiz borcu, 42 (qırx iki) manat 47 qəpik cərimə olmaqla, cəmi 4929 (dörd min doqquz yüz iyirmi doqquz) manat 22 qəpik məbləğində borcu yaranmışdır. 24.02.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 16.03.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 69 (altımış doqquz) manat 29 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan MAPS aryışdan görünür ki, Cavabdeh Quba rayonu, Bağbanlı kəndində qeydiyyatdadır. Beləliklə, müəyyən olundu ki, kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 36 ay müddətinə, illik 20.3% ödəmək şərtilə, 5000 AZN kredit verilmiş, cavabdeh müqavilə üzrə üzərinə müvafiq öhdəliklər götürsə də, götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 69 (altımış doqquz) manat 29 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4581 (dörd min beş yüz səksən bir) manat 95 qəpik əsas borc, 304 (üç yüz dörd) manat 80 qəpik faiz borcu, 5 (beş) manat 47 qəpik cərimə borcu, cəmi 4892 (dörd min səkkiz yüz doxsan iki) manat 22 qəpik borc və dövlət rüsumu üçün köçürülmüş 69 (altımış doqquz) manat 29 qəpik məbləğində pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar