Məhkəmə qərarları › İş №2(027)-1435/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1435/2024

03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1435/2024 03.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Şahdağ Milli Parkının Quba və Qusar rayonları üzrə direktor müavini X1, Cavabdeh iştiraki ilə, İddiaçı Azərbaycan Respublikası Şahdağ Milli Parkının Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Şahdağ Milli Parkının Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Şahdağ Milli Parkı Cavabdeh təbiətə dəymiş 46,38 manat ziyan məbləğinin alınaraq Azərbaycan Respublikası Şahdağ Milli Parkının büdcədən kənar hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin ona vurulmuş ziyanı ödədiyini, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tələb üzrə ödəniş etdiyini bildirmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Şahdağ Milli Parkının Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı X2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar